Səs: Real audio
1000-ə yaxın müəssisə 6284 iş yeri təklif edir Oktyabrın 14-də Əl Oyunları Sarayında iş axtaranlar üçün əmək yarmarkası açılıb. Yarmarkanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi keçirir.
İdarədən verilən məlumata görə, yarmarkada 1000-ə yaxın müəssisə 6284 iş yeri təklif edir. Onların 2927-i dövlət, 3357-i özəl sektordadır. Dövlət müəssisələrində təklif edilən iş yerlərində orta aylıq əmək haqqı 390, özəl firmalarda 578, xarici şirkətlərdə isə 830 min manatdır.
Əmək yarmarkası oktyabrın 15-dək davam edəcək.
Rəsmi məlumatlara görə, ötən ay məşğulluq idarələri tərəfindən 56408 nəfərə işsiz statusu verilib. Onların arasında ali təhsillilər 30,3, ixtisas və peşə təhsillilər 34,7, orta və baza təhsilliləri isə 35 faiz təşkil edir.
Avqustun əvvəlinə olan vəziyyətə görə, şəhərətrafı rayonlar da daxil olmaqla Bakıda 9724 nəfər rəsmi işsiz statusuna malik olub. Qeyri-rəsmi rəqəmlərə isə işsizlərin sayı bu göstəricidən qat-qat artıq göstərilir.