Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:45

Tomas Dayn: «Azərbaycan dəyişiklik həddinə çatıb»


Səs: Real audio
«Azad Avropa/Azadlıq» radioları korporasiyasının prezidenti «illərdən bəri bütün nəzərlər siyasi islahatlara yönəlib» - deyir «Azərbaycan dəyişiklik həddinə çatıb, ölkə başçısı İlham Əliyev də bunu anlayır və ölkəni Qərbə istiqamətləndirmək istəyir».



Bunu «Azad Avropa/Azadlıq» radioları korporasiyasının prezidenti Tomas Dayn oktyabrın 14-də Bakıda keçirdiyi mətbuat konfransında dedi: «Azərbaycan dəyişiklik nöqtəsindədir. Heç kəs bu dəyişikliyi iqtisadi sahədə gözləmir, illərdən bəri bütün nəzərlər siyasi islahatlara yönəlib».



Cənab Dayn ölkə prezidentilə görüşdən böyük təəssürat aldığını deyir. «Məncə, o, mənim dəyişikliklə bağlı nə dediyimi anladı. O, çox aydın şəkildə bəyan etdi ki, ölkəni Qərbə doğru aparmaq istəyir» - deyə, korporasiyanın prezidenti söylədi.



T.Daynın fikrincə, Azərbaycanda media azad deyil, ancaq dəyişməkdədir. Növbəti beş ildə isə ölkənin media və siyasi sahələrdə imkanları açılacaq.



İnqilabi şəraitlə bağlı cənab Dayn dedi ki, Azərbaycan nə Gürcüstan, nə də Ukraynadır, onun dinc siyasi dəyişikliyə ehtiyacı var.



O, həmçinin Azərbaycanın Cənubi Qafqazda ən güclü ölkə olduğunu vurğuladı.



Tomas Dayn bildirdi ki, beynəlxalq ictimaiyyət parlament seçkisilə bağlı Azərbaycanla çox maraqlanır: «Ancaq azərbaycanlılar xaricilərə bel bağlamaq əvəzinə, özləri bu seçkinin azad və ədalətliliyini təmin etməlidir».



Onun fikrincə, ölkə dinamik inkişafdadır, ancaq yeganə narahatlıq yüksək inflyasiya, yoxsulluqla bağlıdır. «Azərbaycan iqtisadiyyatı neftdən asılı olmamalıdır» - deyə, «Azad Avropa/Azadlıq» radioları korporasiyasının prezidenti vurğulayır.
XS
SM
MD
LG