Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:56

Konqresmenlər: «Müxalifətin mitinq təkliflərinə səbəbsiz «yox» demək yolverilməzdir»


Səs: Real audio
Rayonun eyniadlı qəsəbəsinin bir qrup sakini qaz, işıq, su və yol problemləri həll olunmayacağı təqdirdə parlament seçkisinə qatılmayacaqlarını deyirlər Müxalifətin arzusuna uyğun yerlərdə mitinq keçirməsi barədə təkliflərə səbəbsiz «yox» demək yolverilməzdir. Azərbaycan hökuməti seçki ərəfəsində keçirilən aksiyalarda zorakılığa yol verilməməsi üçün çalışmalıdır.



Bakıda səfərdə olan ABŞ konqresmenləri Darrel İssa və Loretta Sançez oktyabrın 13-də birgə keçirdikləri mətbuat konfransında belə dedilər.



Onlar Azərbaycanda demokratik seçki keçiriləcəyinə ümidli olduqlarını bildirdilər. Konqresmen Darrel İssa deyir ki, təkrar səsvermənin qarşısını almaq üçün barmaqların mürəkkəbə batırılması məsələsini prezident İlham Əliyevlə görüşdə müzakirə ediblər: «Əgər insanların seçkiyə inamını artıracaqsa, hökumət buna getməlidir».



Konqresmenlər həmçinin müxalifət partiyalarının rəhbərləri ilə də bir araya gəliblər.
XS
SM
MD
LG