Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:29

«Azadlıq» bloku Salyan və Biləsuvarda seçicilərlə görüş keçirib


Səs: Real audio
Rayonun eyniadlı qəsəbəsinin bir qrup sakini qaz, işıq, su və yol problemləri həll olunmayacağı təqdirdə parlament seçkisinə qatılmayacaqlarını deyirlər Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının yaratdığı «Azadlıq» seçki blokunun rəhbərliyi oktyabrın 13-də Salyan və Biləsuvarda seçicilərlə görüş keçirib.



Blokun Seçki Qərargahının katibi Fəhmin Hacıyevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, Salyanda keçirilən görüş zamanı rayondakı ictimai-iaşə obyektləri bağlanıb, mərkəzi küçələr polis nəzarətinə götürülüb.



Cənab Hacıyev deyir ki, Salyan Rayon İcra Hakimiyyəti öncə tədbirin şəhər kənarındakı stadionda keçirilməsini təklif etsə də, sonradan görüşün rayon mərkəzindəki «Babək» kinoteatrında baş tutmasına etiraz etməyib .



Biləsuvardakı görüş isə şəhər mərkəzindən kənarda keçirilib. AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlu deyir ki, tədbir zamanı hər hansı bir qarşıdurma olmayıb.
XS
SM
MD
LG