Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:08

Xanlarda etiraz aksiyası keçirilib


Səs: Real audio
Rayonun eyniadlı qəsəbəsinin bir qrup sakini qaz, işıq, su və yol problemləri həll olunmayacağı təqdirdə parlament seçkisinə qatılmayacaqlarını deyirlər Oktyabrın 13-də Xanlar rayonunun eyniadlı qəsəbəsinin bir qrup sakini etiraz aksiyası keçirib. Sakinlər ağır məişət şəraitində yaşadıqlarını deyərək, qaz, işıq, su və yol problemləri həll olunmayacağı təqdirdə parlament seçkisinə qatılmayacaqlarını bəyan ediblər. Onlar ümumiyyətlə, qəsəbəyə təbii qazın verilmədiyini, işıq və suyun isə fasilələrlə verildiyini, yolların bərbad vəziyyətdə olduğunu söyləyirlər.



Xanlar Rayon İcra Hakimiyyətinin Ümumi Şöbəsinin rəisi Paşa Bayramov deyir ki, qəsəbəyə işığın fasilələrlə verilməsi başqa kəndlərdə sayğacların quraşdırılması ilə bağlıdır. O, bura təbii qazın çəkilişinin nəzərdə tutulduğunu və yolların təmir ediləcəyini deyir.



İki ay əvvəl də Xanlar qəsəbəsində eyni tələblərlə etiraz aksiyası keçirilib. Sakinlər həmin vaxt Gəncədən Hacıkəndə yedən yolu bağlayıblar.
XS
SM
MD
LG