Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Keçmiş SSRİ-də yoxsulluq azalır


Səs: Real audio
Rino Harniş: «Müasir texnikanın bu son modelləri vasitəsilə baş verə biləcək təhlükələr daha tez müəyyən ediləcək» Bununla belə, hələ də milyonlarla insan yoxsulluq içində yaşayır



Dünya Bankının son 5 ildə ən iri hesabatından görsənir ki, keçmiş Sovet respublikaları arasında Rusiya, Qazaxıstan və Ukraynada 5 ilə 40 milyona yaxın adam yoxsulluq girdabından çıxa bilib.



Bankın oktyabrın 12-də açıqladığı hesablamalar 1998-2003-cü illər arası dövrü əhatə edir. Həmin hesablamalara görə, hələ də keçmiş Sovet məkanında milyonlarla adam yoxsulluq içində qalmaqdadır. Yosulluq deyəndə gündəlik gəliri iki dollardan az olanlardan söhbət gedir. Gündəlik gəliri dörd dollardan az olanlar isə güzəranı ağır olanlar adlandırılır.



Azərbayana gəlincə, Dünya Bankı ölkədə təxminən 20 nəfərdən birini yoxsul sayır. Amma hər beş Azərbaycan sakinindən üçü güzəranı ağır olanlar sırasındadır.



Müqayisə üçün, Ermənistanda əhalinin yarıdan çoxu kasıblar siyahısındadır. Bu ölkədə hər 10 nəfərdən doqquzu isə güzəranı ağır olanlar sırasındadır. Gürcüstanda yoxsullar yarıdan bir qədər azdır, amma güzəranı ağır olanlar əhalinin dörddə üçündən çoxdur.



İqtisadi artıma görə keçmiş Sovet məkanı 6 ildir ki, dünya üzrə orta tempdən daha sürətlə irəliləyir. Amma paradoks burdadır ki, həmin inkişaf güzəranın yaxşılaşmasına gətirmir.



Dünya Bankının məruzəsinin müəlliflərindən olan aparıcı ekspert Mamta Murti: "Adamların ciblərində daha çox pul ola bilər. Amma bu o demək deyil ki, onlar gərəyincə keyfiyyətli xidmətdən bəhrələnə bilirlər. Burda məkan baxımından bir böyük bərabərsizlik var. Paytaxt şəhərlər və turuzm mərkəzləri bundan bəhrələnir, amma kənd yerləri və kiçik şəhərlər arxada sürünür".



Mamta Murti sürətlə inkişaf edən Qazaxıstanı buna nümunə göstərir. Onun sözlərinə görə, Qazaxıstanda 2001-dən 2003-ü ilədək yoxsulluq 30 faizdən 20 faizə düşüb. Ölkənin köhnə paytaxtı Almatı və yeni paytaxtı Astanada yoxsulluq sıfıra yaxın olduğu halda, kənd yerlərində 30 faizdir.



Azərbaycanda da bölgələrin qeyri-bərabər inkişaf etdiyini deyənlər var.



Xaçmazdakı Kasıbların Hüquqlarını Müdafiə Komitəsindən Müqəddəs Mehdiyev yeni müəssisələr açılması və biznesin inkişafı haqda xəbərlərin regionların gerçək vəziyyətindən xəbər vermədiyini deyir:



"Bütövlükdə yoxsulluğun azalmasından danışmaq hələ tezdir. Azərbaycanın hər yerində olduğu kimi şimal bölgələrində də orta təbəqə hələ formalaşmayıb".



Dünya Bankının eksperti Mamta Murti kənd və şəhər yerklərində yoxsulluğun azalma sürətinin fərqli olmasını bununla izah edir ki, kənd əhalisinin kreditlər almaq, ticarətdən və ya başqa xidmət növlərindən bəhrələnmək imkanları azdır.



Keçmiş Sovet məkanında ən kasıb ölkəyə gəlincə, Tacikistan bu baxımdan liderliyini son bir neçə ildir ki, əldən vermir. Burada əhalinin 70 faizə yaxını yoxsulluq həddindən aşağıda yaşayır.
XS
SM
MD
LG