Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 00:41

Yeni tamaşa: «Messenant»


Səs: Real audio
Britaniyalı deputat «müxalifət onları əzmək üçün hakimiyyətə bəhanə verməməlidir» deyir Tamaşada Hacı Zeynalabdin Tağıyevin ömür yolundan və xeyriyyəçilik fəaliyyətindən danışılır



Azərbaycan Dövlət Dram Teatrında "Messenant" adlı yeni tamaşa üzərində məşqlər gedir. Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən tamaşa noyabrın əvvəllərində tamaşaçılara təqdim olunacaq. Həmsöhbətim tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur.



- XIX əsrin axırı – XX əsrin əvvəllərində Bakı milyonçuları olan Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov və Musa Nağıyev personajlarının canlandırıldığı bir əsərdir. Hadisələr əsasən Tağıyevin ətrafında cərəyan edir. Biz Azərbaycan səhnəsində ilk dəfə olaraq Zeynalabdin Tağıyev personajını görürük. Onun keçdiyi həyat yolu, çəkdiyi əziyyətlər, savadsız olsa da, fəhmli bir insan olması, Azərbaycan xalqını çox sevməsi canlandırılır. Tamaşada imperializm gəldiyi vaxt Tağıyevin həyatdan köçməsi, müflis vəziyyətə düşməsinin də şahidi oluruq.



- Tamaşaçıya çatdırmaq istədiyiniz fikir nədir?



- İkitərəflilik onda yaranır ki, insanın yaratdığı, qurduğu cəmiyyət onun əleyhinə çevrilir və insan öz yaratdığının qabağında aciz qalır. Əli Əmirlinin yazdığı "Messenant" pyesininin əsas məqsədi də budur ki, biz çoxlarına həsəd aparırıq. Onlar iri hasar arxasında yaşayırlar, amma o hasarlar arxasında hansı faciələrin baş verdiyini bilmirik. İnsan qəribə məxluqdur, həmişə həsəd aparır. Bu tamaşa göstərir ki, kiməsə həsəd aparmağa ehtiyac yoxdur, hamı sonda həyatdan gedir. Həyatı mənalı yaşamaq lazımdır ki, insanlıq durduqca sənin də adın həmişə hallansın. İnsanın bundan başqa heç bir qazancı ola bilməz.



- Aktyor oyunu barədə bir qədər məlumat verərdiz.



- Xalq artistləri Abbas Qədirov, Kamal Xudaverdiyev, Şükufə Yusifova, Firəngiz Mütəllimova, Sənubər İskəndərli, Mehriban Xanlarova, Yaşar Nuriyev – bu şəxslərin hər biri özünəməxsus tarixi personajları yaradırlar. Tamaşanın rəssamı İsmayıl Məmmədovdur, bəstəkarı Səyavuş Kərimlidir.



- Bəhram müəllim, tamaşaçılar nə vaxt təqdim olunacaq bu tamaşa?



- Noyabrın birinci ongünlüyündə.
XS
SM
MD
LG