Səs: Real audio
Britaniyalı deputat «müxalifət onları əzmək üçün hakimiyyətə bəhanə verməməlidir» deyir «Parlament seçkisi həm Azərbaycan, həm də Avropa Şurası üçün sınaqdır». Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbuslar üzrə keçmiş məruzəçisi, britaniyalı deputat Malkolm Brüs deyir.
Cənab Brüs «Azadlıq» radiosuna müsahibəsində deyir ki, Avropa Şurasının üzvləri arasında ümumi rəyə görə, Azərbaycanda indiyə kimi azad və ədalətli seçki keçirilməyib. Əgər noyabrdakı seçkinin də azad və ədalətli keçmədiyi təsdiq olunarsa, o zaman ortaya Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdə ciddi olub-olmadığına dair suallar çıxacaq:
«Mən ümid edirəm ki, bu seçkidə inkişaf olacaq, müxalifətin fəalliyətinə imkan veriləcək, onlar seçilə biləcəklər. Lakin müxalifətin özünü məsuliyyətli aparması çox vacibdir. Müxalifət onları əzmək üçün hakimiyyətə bəhanə verməməlidir».
Britaniyalı deputat deyir ki, əsas məsələ Azərbaycanın özü üçün hansı inkişaf yolunu seçməsidir. «Azərbaycan prezidenti dəfələrlə bildirib ki, o, Azərbaycanın açıq və demokratik cəmiyyətə doğru getməsini, Avropa tipli bir ölkə olmasını istəyir» - deyə, o vurğulayır.
M.Brüs bildirir ki, buna nail olmaq üçün ilk növbədə müxalifətə dözüm göstərilməli, azad və ədalətli seçkinin keçirilməsinə imkan verilməlidir: «Bu isə Azərbaycanda hələlik baş vermir. Ona görə də, bu seçki Azərbaycanın səmimiliyinə ciddi sınaq olacaq. Eyni zamanda seçkilər Avropa Şurasının antidemokratik əməllərə göz yummaq əvəzinə, üzv ölkənin düzgün yola gətirilməsində nə dərəcədə ciddi olduğunu da göstərəcək».
Uzun müddət Azərbaycanda siyasi məhbuslar problemiylə məşğul olan Malkolm Brüs son vaxtlar Bakıdan yenə də narahatedici xəbərlərin gəldiyini bildirir. Azərbaycan üzrə məruzəçi kimi fəaliyyətini başa çatdırdığını deyən cənab Brüs əlavə edir ki, bundan sonra siyasi məhbus məsələsində Azərbaycanın düzgün istiqamətdə hərəkət edib-etmədiyini AŞPA-nin Monitorinq Komitəsi müəyyən edəcək.