Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:10

Tomas Dayn: «Azərbaycan ya demokratiya, ya da repressiya yolunu tuta bilər»


Səs: Real audio
«Azad Avropa/Azadlıq» radiosunun prezidenti həm hökumət, həm də müxalifətin mediada qarayaxmayla məşğul olduğunu deyir «Mən Azərbaycan xalqını noyabrın 6-da parlament seçkisini azad və ədalətli keçirməyə çağırıram».



Bunu «Azad Avropa/Azadlıq» radiosunun prezidenti Tomas Dayn oktyabrın 11-də Bakıda Xəzər Universitetində tələbələrlə görüşündə dedi. Cənab Dayn Azərbaycanın iki yol ayrıcında olduğunu bildirdi:



«Azərbaycan ya demokratiya, aşkarlıq, ya da saxta seçki, korrupsiya, senzura, repressiya yolunu tuta bilər. Belə olan halda kiçik bir azlıq sağlam və varlıya çevriləcək, bir neçə nəsil isə yoxsulluğa düçar olacaq».



T.Dayn son dörd ayda Azərbaycanda medianın yazdıqlarıyla tanış olduğunu, burada həm hökumət, həm də müxalifətin eyni səviyyədə mətbuatda qarayaxmayla məşğul olduğunu deyir. O, Azərbaycanda korrupsiyanın bir fakt olduğunu vurğuladı.



«Azad Avropa/Azadlıq» radiosunun prezidenti «Keçmiş SSRI məkanında medianın vəziyyəti və Azadlıq radiosu» mövzusunda çıxış etdi. O, «Azadlıq» radiosunun Azərbaycanda obyektiv və balanslı media üçün model ola biləcəyini bildirdi.



Cənab Dayn oktyabrın 11-də Bakıda siyasi partiyaların rəhbərləriylə də görüşdü. Görüşdə ADP, Müsavat və AXCP-ni birləşdirən «Azadlıq» seçki blokunun rəhbərləri və digər siyasi qurumların fəalları iştirak edirdi.



Müsavat partiyasının başqanı İsa Qəmbər beynəlxalq ictimaiyyətin Azərbaycana daha çox diqqət ayırmalı olduğunu bildirdi. O, deputatlığa namizədlər üçün bərabər şərait yaradılmadığını vurğuladı.
XS
SM
MD
LG