Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:30
Rubrikalar

Türkiyədən quş əti gətirilməsinə gadağa qoyulub


Səs: Real audio
«1994-cü ildə əldə olunan atəşkəsdən sonra hərbi xərclərin sürətlə artması və tez-tez atəş səslərinin eşidilməsi sülh sazişi üçün vaxtın daraldığını göstərir» - Azərbaycan Türkiyədən quş əti gətirilməsinə gadağa qoyub. Buna səbəb Türkiyənin Balakəsir əyalətindən gətirilən toyuq ətində «quş qripi» virusunun tapılmasıdır.



- Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinə gələn ilin əvvəlindən başlanacaq. Bu barədə bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib. Onun sözlərinə görə, özəlləşdirmə prosesində prioritet əvvəllər nəzərdə tutulduğu kimi Avropa Yenidənqurma və İnkişaf Bankına yox, dövlətin və Beynəlxalq Bankın maraqlarını təmin edən investora veriləcək.



- Oktyabrın 14-15-də Bakıda – Əl Oyunları Sarayında əmək yarmarkası keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında həm dövlət, həm də özəl şirkətlər əmək yarmarkasında iş yerləri təklif edəcəklər.



- Oktyabrın 11-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 595, 1 avro 5 528, 1 rubl isə 161 manatdır.
XS
SM
MD
LG