Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Beynəlxalq Böhran Qrupu Qarabağa dair sülh planını açıqladı<p align=`left`><br><br>


Səs: Real audio
«1994-cü ildə əldə olunan atəşkəsdən sonra hərbi xərclərin sürətlə artması və tez-tez atəş səslərinin eşidilməsi sülh sazişi üçün vaxtın daraldığını göstərir» Beynəlxalq Böhran Qrupu (BBQ) oktyabrın 11-də «Dağlıq Qarabağ: sülh planı» adlı hesabat açıqlayıb. Sənəddə münaqişənin səbəbləri, sülh danışıqları prosesi araşdırılır. Qrupun Qafqaz üzrə layihə direktoru Sabin Frayzerin fikrincə, tərəflər əsas prinsiplər üzrə razılığa yaxın kimi görünürlər: «Vacibdir ki, indi hökumətlər öz xalqlarını güzəştə hazırlasınlar».



Hesabatda münaqişənin həll paketinin əsas elementləri kimi Dağlıq Qarabağın (DQ) statusunun sonraya saxlanılması, DQ-ya bitişik işğal olunmuş rayonlardan erməni qüvvələrinin çıxarılması, Azərbaycanın gücdən istifadədən imtina etməsi, münaqişə bölgəsinə sülhməramlı qüvvələrin yerləşdirilməsi, məcburi köçkünlərin yurdlarına qayıtması, ticarət və kommunikasiya xətlərinin bərpası təklif edilir. Sonra DQ-nın statusu erməni və azərbaycanlı icmalarının müstəsna iştirakı ilə beynəlxalq aləmin nəzarəti altında keçirilən referendumda həll edilir. Buna qədərsə DQ Azərbaycanın bir parçası olaraq qalsa da, faktiki olaraq muxtar qurum və dünya tərəfindən tanınan müvəqqəti statusa malik olur.



Sənəddə bildirilir ki, 1994-cü ildə əldə olunan atəşkəsdən sonra hərbi xərclərin sürətlə artması və tez-tez atəş səslərinin eşidilməsi sülh sazişi üçün vaxtın daraldığını göstərir.



BBQ-nin vitse-prezidenti Alan Deletroz: «Danışıqlarda irəliləyişlərə baxmayaraq, müharibənin bərpası ehtimalı sülh qədər realdır».



Qrupun bundan əvvəlki - 14 sentyabr tarixli hesabatında Dağlıq Qarabağ və ətraf ərazilərin erməni və azərbaycanlı icmalarının necə yaşamaları və münaqişənin həllini necə görmələri təsvir olunurdu.



Şərq - Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, BBQ - nin təklif etdiyi nizamlanma modeli Azərbaycan üçün məqbul sayıla bilməz. Qrupun münaqişəyə dair 25 gün əvvəl tamam başqa hesabat təqdim etdiyini bildirən cənab Oruclu, qısa vaxt ərzində kifayət qədər dəyişikliklərlə yeni sənədin hazırlanmasının şübhə doğurduğunu söyləyir.



Prezidentin xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə isə hesab edir ki, BBQ-i DQ probleminə dair vəziyyətdən xəbərdar deyil.
XS
SM
MD
LG