Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:58

Seçki kampaniyası ustalığı


Səs: Real audio
13 mitinqçi haqqında 10 günlük inzibati həbs qərarı çıxarıldığı deyilir Seçki kampaniyasına çox baxımdan yanaşmaq olar. Siyasi nəticələr baxımından da, iqtidar-müxalifət qarşıdurması baxımından da. Bu dəfəki verilişdə ona kampaniya sənətkarlığı baxımından yanaşılır. Seçki bəlkə də futboldan daha kütləvi bir oyundur. Burada hətta azerkəşlərin özləri də oyunçulardır.



Deputatlığa namizədlərdən hər biri orta hesabla 30 min seçicinin hərəsindəki bir səsi müxtəlif vədlərlə almaq istəyirlər.



Verilişimizin qonaqları:



- Seçki Texnologiyaları İnstitutunun rəhbəri Şirzad Məmmədli;



- Tanınmış jurnalist Məmməd Nazimoğlu



- Seçki mədəniyyət qatında hansı oyanışlara təkan verə bilər? Yəni mən mədəniyyəti geniş anlamda deyirəm. Yəni seçici nəyə inansın, nəyə gülsün, nəyi realist hesab etsin, utopik və real vədləri bir-birindən necə ayırsın?



Məmməd Nazimoğlu: "Ümumiyyətlə, seçkinin özü siyasi mədəniyyətin bir hissəsidir. Amma həmin "siyasi mədəniyyət" sözünün özü bir qədər sürüşkən termindir. Yəni müxtəlif coğrafi məkanlardan, müxtəlif mental düşüncədən asılı olaraq fərqlənir. Ötən il Yaponiya parlamentində deputatların bir-birinin yaxasını tutub əməlli başlı döyüş açdıqlarını gördük. Və yaxud bu ilin əvvəlində Gürcüstan parlamentində eyni halın şahidi olduq... Konkret namizədlərin özlərinin siyasi mədəniyyətinə toxunduqda, məncə, onların çox böyük hissəsi ümumiyyətlə, Milli Məclis üzvünün statusunu bilmir... Bəzən deputatlığa namizəd hətta süpürcəçinin görəcəyi işləri də özünün görəcəyini vəd edir. Bu baxımdan, seçicinin siyasi mədəniyyətindən daha çox namizədin siyasi mədəniyyətini qabartmaq daha önəmli olardı".



- Seçki texnologiyaları baxımından bu kampaniyada bir inkişafa, yaxud da uğurlu bir nümunəyə rast gəlibsinizmi?



Şirzad Məmmədli: "Xüsusi bir irəliləyiş görmürəm. Əsasən köhnə metodlardan istifadə olunur. Amma hər halda bir cəhd var. Hamı çalışır ki, bir qədər professionalizmə yaxın, daha fərli kampaniya aparsın. Bu nə dərəcəd alınır, hələlik demək çətindir. Amma irəliləyişlər sırasında bunu göstərmək olar ki, indi namizədlər Türkiyədə, ya başqa ölkələrdə olduğu kimi konsertlər verilməsindən istifadə etmək istəyirlər. Konsertlər də hələ tam professional yanaşma deyil...".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG