Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:23
Rubrikalar

Taekvandoçular Bakıya medallarla qayıdıblar


Səs: Real audio
13 mitinqçi haqqında 10 günlük inzibati həbs qərarı çıxarıldığı deyilir - Oktyabrın 11-də İngiltərənin Liverpul şəhərində yeniyetmə boksçuların növbəti dünya birinciliyinin startı verilir. Yarışda Azərbaycan 10 nəfərdən ibarət yığma komanda ilə təmsil olunacaq. Boks Federasiyasının baş katibi Tofiq Babanlı:



«Onların arasında Famil Süleymanov, Hafiz İsgəndərov, Anar Sadıqov kimi son Avropa birinciliyinin medalçıları var. Onların yenə medal qazanacaqlarına inanırıq».



- Ağır atletika üzrə Azərbaycan Kuboku yarışı sona çatıb. Yarışda 20 atlet mübarizə aparıb. Onlar gələn ay Qətərdə keçiriləcək dünya çempionatında da iştirak edəcəklər.



- Latviyanın paytaxtı Riqada taekvando üzrə Avropa çempionatı sona çatıb. Çempionatda mübarizə aparan 11 Azərbaycan taekvandoçusundan Niyaməddin Paşayev (67 kq) qızıl, Elnur Amanov (58 kq) gümüş, Rəşad Əhmədov (78 kq) və Şəhrun Yusifova bürünc medal qazanıb. Komanda hesabında Azərbaycan idmançıları üçüncü yeri tutublar.
XS
SM
MD
LG