Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:01

ABŞ səfirliyi iqtidar və müxalifəti təmkinə və dialoqa çağırır


Səs: Real audio
13 mitinqçi haqqında 10 günlük inzibati həbs qərarı çıxarıldığı deyilir «Azərbaycan hökumətini və «Azadlıq» seçki blokuna daxil olan Xalq Cəbhəsi, Müsavat və Demokrat partiyalarını təmkinə və yarımçıq qalmış iqtidar-müxalifət dialoqunu davam etdirməyə çağırırıq».



Bu fikirlər ABŞ-ın Azərbaycandakı səfirliyinin «Azadlıq» seçki blokunun oktyabrın 9-da keçirməyə cəhd etdiyi icazəsiz yürüş-mitinqdə baş verənlərlə bağlı yaydığı bəyanatda bildirilir.



Səfirlik aksiyada baş verən polis zorakılığını pisləyir, qarşıdurmada xəsarət alanların olmasından təəssüfləndiyini bildirir. Bəyan edilir ki, parlament seçkisinə qədər hər iki tərəfdən namizədliyini verən şəxslər ciddi şəkildə iş aparmalıdırlar: «Bununla namizədlər Azərbaycanın gələcəyi üçün çox vacib olan bu seçkinin demokratik keçirilməsinə də yardım etmiş olacaqlar».



Yeni Azərbaycan Partiyasından millət vəkili Mübariz Qurbanlı deyir ki, daha yaxşı olardı ki, ABŞ səfirliyi yalnız müxalifətə təmkinli olmağı məsləhət görərdi. Cənab Qurbanlı bildirir ki, icazəsiz aksiyada polis qanun çərçivəsində hərəkət edib.



Müsavat Partiyasının başqanı İsa Qəmbərsə hesab edir ki, müxalifət daima qanun çərçivəsində və təmkinlə aksiyalarını keçirməyə çalışıb: «Amma qarşı tərəf həmişə mübarizəni zorakı metodla aparmağa üstünlük verib».



Səfirliyin bəyanatını müsbət qiymətləndirdiyini deyən cənab Qəmbər bildirir ki, «Azadlıq» bloku yarımçıq qalmış danışıqların bərpasına da etiraz etmir.
XS
SM
MD
LG