Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:23

Aksiyada xəsarət almış jurnalistlə görüşə icazə verilmir<p align=`left`><br><br>


Səs: Real audio
Həkim İdrak Abbasovun səhhətinin normal olduğunu deyir Oktyabrın 9-da «Azadlıq» seçki blokunun keçirdiyi icazəsiz yürüş-mitinqdə xəsarət almış «Ayna»-«Zerkalo» qəzetinin əməkdaşı İdrak Abbasovun səhhəti normallaşıb. Jurnalistin müalicə olunduğu Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasının həkimi Almazxan Zeynalovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, səhhəti onunla görşüb söhbət etməyə imkan verir. Ancaq polislər jurnalistlə görüşə imkan vermədilər. Səbayel Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov deyir ki, onlar xəstəxanada təhlükəsizlik tədbirləri həyata keçirirlər.



İ.Abbasovun qardaşı Vaqif Abbasov isə polislərin hərəkətindən narazı olduğunu bildirir.



Həkim Almazxan Zeynalov jurnalistin nevropik vəziyyətdə xəstəxanaya daxil olduğunu və ona zərbə endirilmədiyini deyir. Mətbuat Şurasının (MŞ) Monitorinq Qrupunun rəhbəri İbrahim Məmmədli isə bildirir ki, İ.Abbasovun sol tərəfində zərbə yeri var: «O, əllə yox, ağır əşya ilə zərbə alıb. Şiş var, bunu gizlətmək olmaz».



MŞ-nın rəhbəri Əflatun Amaşovsa aksiyada 10-a yaxın jurnalistin bədən xəsarəti aldığını bildirir. İdrak Abbsovun müalicə olunduğu palatanı polislərin mühafizə etməsini isə o qanun pozuntusu adlandırır: «Qanunla heç kəs görüşə qadağa qoya bilməz».



«Ayna»-«Zerkalo» qəzetinin əməkdaşı İdrak Abbasov oktyabrın 9-da müxalifətin mitinqindən sonra xəstəxanaya yerləşdirilib. Polis onun yerə yıxılıb xəsarət aldığını, jurnalistsə zərbəyə məruz qaldığını söyləyir.
XS
SM
MD
LG