Səs: Real audio
İlham Əliyev Pərviz Müşərrəfə başsağlığı verib Prezident İlham Əliyev Pakistan İslam Respublikasının dövlət başçısı Pərviz Müşərrəfə ölkədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılara görə başsağlığı verib: «Bu dəhşətli fəlakət ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm».
Fövqəladə Hallar üzrə Dövlət Komissiyasından «AzərTAc» Agentliyinə verilən məlumata görə isə dövlət başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 500 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılması barədə göstəriş verib.
Eyni zamanda, Azərbaycanın Pakistana həkim briqadaları və xilasedicilər göndərilməsinə hazır olduğu bildirilib və Pakistan hökumətindən razılıq alındığı təqdirdə briqadalar xüsusi təyyarə ilə zəlzələ zonasına göndəriləcək.