Səs: Real audio
Missiya "Maliyyə sektoruna texniki yardım" layihəsinin icrasıyla maraqlanacaq Oktyabrın 8-də Dünya Bankının (DB) nümayəndə heyəti Bakıya gəlib. Xanım Sonya Bratoviç - Bratanoviçin rəhbərlik etdiyi missiya bankın maddi dəstək verdiyi "Maliyyə sektoruna texniki yardım" layihəsinin icrasıyla maraqlanacaq.
Bu layihənin məqsədi Azərbaycan hökumətinə bankların rekonstruksiyası, bank infrastrukturunun gücləndirilməsi və maliyyə sektoru üzrə strategiyanın hazırlanmasında kömək etməkdir.
DB-nin missiyası Azərbaycan rəsmiləri ilə yaxın vaxtlarda icrasına başlanacaq "Maliyyə xidmətlərinin inkişafı" layihəsi barədə də müzakirələr aparacaq. Bu isə "Azərpoçt" şəbəkəsinin infrastrukturunun təkmilləşdirilməsini, ölkədə milli ödəniş sisteminin tamamlanmasını nəzərdə tutur.