Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:52

Polis müxalifətçilərə xəbərdarlıq etdi


Səs: Real audio
İcazəsiz aksiyanın qarşısı alınacaq və yarancaq qarşıdurmaya görə məsuliyyət müxalifətçilərin üzərinə düşəcək «Azadlıq» seçki blokuna oktyabrın 9-da keçirmək istədiyi icazəsiz yürüş-mitinqlə bağlı xəbərdarlıq edildi. Xəbərdarlıq oktyabrın 8-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunan blokun Mitinq Komitəsinin üzvləri Həsən Kərimov və Məmməd Zeynalova çatdırılıb. BŞBPİ rəhbəri Məhərrəm Əliyev, rəis müavini Yaşar Əliyev və Bakı Şəhər prokurorunun müavini Hafiz Babayevin qatıldığı görüşdə müxalifətçilərə oktyabrın 9-na təyin etdikləri yürüş-mitinqi meriyanın ayırdığı yerlərdə keçirmək tövsiyə olunub. Aksiyanın başqa məkanda keçiriləcəyi halda isə qarşısının alınacağı və yarancaq qarşıdurmaya görə məsuliyyətin müxalifətçilərin üzərinə düşəcəyi bəyan edilib.



Blokun Mitinq Komitəsinin üzvü Həsən Kərimovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, onlar da öz növbəsində qanuna görə, sərbəst toplaşmaq hüququnu istədikləri məkanda reallaşdıra biləcəklərini və bu səbəbdən də qarşıdurmaya görə məsuliyyətin ölkə iqtidarının üzərinə düşəcəyini söyləyiblər.



Cənab Kərimov aksiyanı şəhərin mərkəzində, Cəfər Cabbarlı meydanında keçirməkdə israrlı olduqlarını da sözlərinə əlavə etdiyini deyir.



Bu ilin iyunun 4-ü, sentyabrın 25-i və oktyabrın 1-də blokun

keçirmək istədiyi icazəsiz yürüş-mitinqlərin qarşısı alınmışdı, onlarla müxalifət fəalı saxlanılaraq, bir müddət sonra buraxılmışdı.
XS
SM
MD
LG