Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:39

Bakıdakı diplomatik korpusda qapalı görüş...


Səs: Real audio
Görüşün detalları barədə açıqlama verilmir Britaniyanın Bakıdakı səfirliyində «Azadlıq» seçki blokunun rəhbərləri ilə Avropa ölkələrinin Bakıdakı səfirləri arasında görüş keçirilib. Qapalı keçən görüşün detalları barədə mətbuata açıqlama verməmək qərara alınıb.



Bu baradə «Azadlıq» radiosuna məlumatı ADP-nin baş katibi Sərdar Cəlaloğlu verib. O bildirdi ki, görüşdə nə hakimiyyət, nə də digər blok və partiyalar təmsil olunmayıblar.



Cənab Cəlaloğlunun dediklərindən bu qənaətə gəlmək olar ki, görüşdə seçkiyə dair məsələlər müzakirə edilib. Müxalifətin oktyabrın 9-a nəzərdə tutduğu mitinqinin yeri ilə bağlı müzakirələr aparılmadığını söyləyən müsahibimiz bildirdi ki, hökumətin mövqeyindən asılı olmayaraq onlar yürüş-mitinqi "28 May" meydanında keçirəcəklər.



Bu, Bakıdakı diplomatik korpusun «Azadlıq» blokunun liderləri ilə sayca ikinci görüşü idi. Birinci görüş deputatlığa namizədlərin qeydə alınması mərhələsində keçirilmişdi.
XS
SM
MD
LG