Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:39

Müxalifət mitinqi şəhərin mərkəzində keçirməkdə israrlıdır<p align=`left`><br><br>


Səs: Real audio
Müsavat Partiyasının başqanı İsa Qəmbər: "Blok bu mitinqi keçirmək əzmindədir" «Bakı Şəhər İcra Hakimiyyəti razılaşmasa da, «Azadlıq» seçki bloku növbəti yürüş-mitinqini oktyabrın 9-da şəhərin mərkəzində keçirəcək.



Bu haqda blokun oktyabrın 7-də keçirilən toplantısından sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verdi: «Blok bu mitinqi keçirmək əzmindədir. Təəssüf ki, hakimiyyət yersiz inadkarlığından əl çəkmək istəmir. Bu, hakimiyyətin azad və ədalətli seçki prinsipilə razılaşmadığından xəbər verir».



Cənab Qəmbər «Azadlıq» blokunun yaxın günlərdə yenidən bölgələrdə seçicilərlə görüşə çıxacağı haqqında da məlumat verdi.



AXCP, ADP və Müsavat partiyalarının birləşdiyi «Azadlıq» bloku sonuncu icazəsiz mitinqini oktyabrın 1-də şəhərin mərkəzində keçirməyə cəhd etmişdi. Polislə aksiyaçılar arasında qarşıdurma nəticəsində blokun 100-dən artıq üzvü saxlanıb, sonra buraxılmışdı.



Bakı Şəhər İcra Hakimiyyəti blokun oktyabrın 9-da şəhərin mərkəzində keçirmək istədiyi yürüş-mitinqə icazə verməyib, müxalifətə şəhərin kənarında bir neçə marşrut təklif edib. Blok isə seçiciləri ilə görüş üçün Cəfər Cabbarlı heykəlinin qarşısındakı meydanı uyğun bilir.
XS
SM
MD
LG