Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:30

Gənclərin işsizlik problemi BMT-nin gündəmindədir


Səs: Real audio
Birləşmiş Ştatlarda Azərbaycan neftini qanunsuz yolla almağa cəhddə günahlandırılan 3 nəfər həbs olunub Azərbaycan gənclərinin işsizlik probleminin aradan qaldırılması BMT-nin Baş Assambleyasının gündəliyinə salınıb. Oktyabrın 6-da Assambleyanın gənclərlə bağlı məsələlərin müzakirə olunduğu sessiyasında çıxış edən azərbaycanlı nümayəndə, Xəzər Universitetinin magistrı, Gənclər Təşkilatı Milli Şurasının üzvü – Bəxtiyar Hacıyev belə deyir:



"Bizim qaldırdığımız gənclərin sahibkarlıq məsələsi gündəliyə düşdü. Biz təklif etdik ki, hökumətlər xüsusi bir fond yaratsınlar. Bu fond gənclərin sahibkarlıqla məşğul olması üçün həm maliyyə yardımı göstərsin, həm də onları təlimatlandırsın, onlara yeni iş yerləri açmaqda və digər gəncləri də öz ətraflarında birləşdirməkdə dəstək versin. Bu məsələ gündəliyə düşdü".



Bəxtiyar Hacıyev Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın tutduğu qeyri-konstruktiv mövqenin hər iki tərəfin gənclərinin inkişafına mənfi təsirindən də danışıb:



"Dağlıq Qarabağla bağlı qaldırdığımız məsələ digər dövlətlər tərəfindən dəstəklə qarşılandı".



Bəxtiyar Hacıyev Nyu-Yorkda BMT-nin baş katibi Kofi Annan və Baş Assambleyanın prezidenti Jan Eliassonla tədbirdən kənar görüşüb. Onlar Azərbaycandan gənc nümayəndənin tədbirə qatılmasını yüksək qiymətləndiriblər. Ümumilikdə, tədbirdə 20 ölkənin gənc nümayəndəsi iştirak edib.
XS
SM
MD
LG