Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:22

Bakalavrlar təhsillərini ABŞ-da davam etdirə bilərlər


Səs: Real audio
Qurumun xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner: «Mən azərbaycanlılara aydın demişəm ki, onlar mövqelərini dəyişməsələr, biz irəliyə yalnız Ermənistan və Gürcüstanla gedəcəyik» Bakalavr pilləsini bitirmiş tələbələr magistraturanı ABŞ universitetlərinin birində də oxuya bilərlər. Bunun üçün IREX təşkilatının keçirdiyi imtahandan qalib çıxmaq lazımdır.



Təşkilatın proqram koordinatoru Fərid Quliyev imtahanın üç mərhələdən ibarət olduğunu deyir. Sənədlərin qəbulundan ibarət birinci mərhələ oktyabrın 31-də başa çatır. Bu mərhələdən keçən 40 nəfər növbəti mərhələdə TOEFL və məntiq imtahanı verəcək.



- Birinci mərhələ sənədlərin qəbuludur ki, o da oktyabrın 31-nə kimi başa çatmalıdır. İkinci mərhələyə 40 nəfərə yaxın yarımfinalçı keçir. 40 nəfərlə imtahan aparırıq, iki imtahan olur – TOEFL və cari imtahan. Sonda isə müsahibə olur.



Fərid Quliyevin sözlərinə görə, 15 nəfər bakalavrın Amerika universitetlərindən birində oxumaq şansı var. Qaliblər aprelin əvvəllərində müəyyənləşəcək. Onlar Amerikaya getmək, orada qalmaq və təhsil üçün lazım olan bütün avadanlıqlarla pulsuz təmin olunacaqlar. Bundan başqa, qaliblərə təqaüd də veriləcək.
XS
SM
MD
LG