Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:21
Rubrikalar

Azərbaycan yığması Uelslə oyunun məşqlərinə başladı


Səs: Real audio
Məhazir Pənahov rəhbərlik etdiyi qurumun siyasi proseslərdən kənarda qalmaq istədiyin deyir - Bakıda bədii gimnastika üzrə 27-ci dünya çempionatı davam edir. Oktyabrın 5-də gürz və lentlərlə fərdi hərəkətlərin nümayişi başlanıb. Nəticələr oktyabrın 6-da axşam saatlarında məlum olacaq. Oktyabrın 7-də komanda yarışları başlanacaq.



- Futbol üzrə Azərbaycan yığma komandası 2006-cı ildə keçiriləcək dünya çempionatının son seçmə qrup oyununu oktyabrın 12-də səfərdə Uels yığmasına qarşı keçirəcək. Komandanın baş məşqçisi Vaqif Sadıqovun verdiyi məlumata görə, Azərbaycan yığması oktyabrın 5-dən məşqlərə başlayıb. Məşqlər gündə iki dəfə keçirilir.



- Oktyabrın 8-də Gəncədəki Olimpiya İdman Kompleksində voleybol üzrə Azərbaycan turnirinin startı veriləcək. Turnirdə Bakı, Mingəçevir, Sumqayıt və Şəkinin qadınlardan ibarət yığma komandaları mübarizə aparacaq. Gələn ay isə qadın və kişilər arasında ölkə çempionatının startı veriləcək. Güclülər dəstəsində 10 kişi və 10 qadın, birinci dəstədə isə 8 kişi və 10 qadın komandaları çıxış edəcək.
XS
SM
MD
LG