Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39
Rubrikalar

Bakı sakinləri telefonda bir-birlərini görə biləcəklər


Səs: Real audio
Buna Ramazan ayının başlamasının səbəb olduğu bildirilir - «Azərbaycan bazarında saxta sementin həcmi 500 min tondur». Bunu «Qarabağ» Sement Zavodunun rəhbəri Uve Keller bildirib. Onun sözlərinə görə, onlar saxta sementin zavodun məhsulu kimi təqdim edilməsinin qarşısını almaq üçün bir sıra tədbirlər planlaşdırıblar.



- Qazaxıstanın Almatı şəhərində 13-cü «Neft-qaz» konfransı və sərgisi öz işinə başlayıb. Sərgidə 34 ölkədən 420 şirkət iştirak edir. Sərgidə Azərbaycan da ayrıca stendlə təmsil olunur.



- Gələn ildən Bakıdakı bütün ATS-lərin abunəçiləri videotelefonlardan istifadə etmək və danışıq zamanı bir-birlərini görmək imkanı qazanacaqlar. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər ki, artıq bu yeni xidmətin tətbiqi üçün ATS-lərdə müasir texnologiyanın quraşdırılmasına başlanılıb. Yeni xidmət pullu olacaq. Avadanlıq 180 min manata başa gələcək, aylıq abunə haqqı isə 18 min manat olacaq.



- Ölkə banklarında saxlanan əmanətlərin həcmi artır. Milli Bankdan verilən məlumata görə, bu il sentyabrın 1-ə ölkə banklarında olan əmanət və depozitlərin həcmi 6 trilyon 285 milyard manatı keçib. Bu ötən ilki göstəriciyə nisbətən təxminən 45 faiz çoxdur.



- Oktyabrın 4-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 592, 1 avro 5 476, 1 rubl isə 160 manatdır.
XS
SM
MD
LG