Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:31

<i>«Üç nöqtə»</i>: «Orucluq pisliklərə qarşı bir qalxandır»


Səs: Real audio
İlham Əliyevdən eks-spiker haqqında çıxarılmış həbs qərarının dəyişdirilməsi xahiş edilir «Üç nöqtə» qəzetindəki «Orucluq pisliklərə qarşı bir qalxandır» başlıqlı məqalədə Afaq islam dininin əsas bayramlarından olan ramazandan söhbət açır. Müəllif yazır ki, oruclu insan iradəsini gücləndirib, nəfsini tərbiyə etmiş olur, dözümlülüyünü yoxlayır. Əxlaqını pisliklərdən qoruyur. Məqalədə bildirilir ki, orucluğun digər hikmətlərindən biri də budur ki, imkanlı insanlar oruc tutmaqla, yəni ac qalmaqla bir növ yoxsulların necə yaşadıqlarını hiss etmiş olurlar.



«Yeni Azərbaycan» qəzetindəki «Konqress ciddi qurum deyilmi?» başlıqlı məqalədə Aqşin yazır ki, bu yaxınlarda ermənipərəst ABŞ konqresmenləri prezident Corc Buşa müraciət edərək qondarma erməni soyqırımının və Dağlıq Qarabağın tanınmasını xahiş ediblər. Konqresmenlər artıq separatçı qurumun əhalisinin ötən 14 ildə Azərbaycana qarşı savaşda böyük nəaliyyətlər əldə etdiyini və müstəqil dövlət olaraq fəaliyyət göstərmək haqqı qazandığını bildirirlər.



Müəllif yazır ki, Azərbaycanın bir sıra siyasi ekspertləri bu mövqenin gülüş doğurduğunu söyləyərək, Konqresin qeyri-ciddi qurum olduğunu iddia edirlər.



«Bakı - Xəbər» qəzetindəki «Beynəlxalq Böhran Qrupunun (BBQ) sentyabr ayı üçün açıqladığı hesabatla müqayisədə növbəti hesabatın daha kəskin olacağı gözlənilir» başlıqlı məqalədə Elşən Xəyal yazır ki, qurumun sentyabr üçün açıqladığı hesabatda Azərbaycan vəziyyəti ağır və sabit olan ölkələr sırasına daxil edilib. Sənəddə «Azadlıq» blokunun sentyabrın 25-də keçirdiyi icazəsiz aksiya zamanı polis zorakılığı, Ukrayna Xarici İşlər naziri müşavirinin Bakı hava limanından deportasiya edilməsi, «Yeni Fikir» Gənclər Təşkilatının fəallarının qanunsuz həbsi ilə bağlı məlumat qeyd olunsa da, nədənsə, Azərbaycan vəziyyətin qeyri-sabit olduğu ölkələr sırasına aid edilməyib.



Müəllif yazır ki, yəqin bu təşkilat Azərbaycanda vəziyyətin getdikcə pisləşdiyini göstərən faktlardan məlumatlı olsa da, hakimiyyətlə müxalifət arasında gərginliyi qabartmağa hələ ki, lüzum görmür.
XS
SM
MD
LG