Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:45

Hələ də 25 min manat alan təqaüdçülər var


Səs: Real audio
İlham Əliyevdən eks-spiker haqqında çıxarılmış həbs qərarının dəyişdirilməsi xahiş edilir Adətən Azərbaycan prezidenti eyni vaxtda iki fərman verirdi. Həm minimal əmək haqqı qaldırılırdı, həm də minimal pensiya buna bərabərləşdirilirdi. Ancaq bu dəfə Azərbaycanda bu aydan minimal əmək haqqı 150 min manata qaldırıldı. Minimal pensiya isə ayda 125 min manatda qaldı. Ancaq ayda 60 min, hətta 25 və 49 min manat pensiya alan da var.



1992-ci ildə təqaüdə çıxan Şərqiyyə Əliyeva deyir ki, hazırda 25 min manat təqaüd alır. Müxtəlif yerlərə etdiyi müraciətlərinə isə cavab olaraq bildirilir ki, pensiyasının az olması onun hazırda işləməsi ilə bağlıdır: "İndi almalıyam 49 min manat, işlədiyim üçün onun 50 faizini alıram".



1959-cu ildən işlədiyini bildirən xanım Əliyeva deyir ki, qonşu qadınlar ondan nə qədər təqaüd aldığını soruşanda o, bu rəqəmi deməyə utanır.



Milli Məclisin sosial siyasət daimi komissiyasının sədr müavini Əli Əlirzayev isə deyir ki, əslində, pensiyanın aşağı həddi minimum əməkhaqqı ilə eyni olmalıdır:



"Minimum əməkhaqqı ilə minimum pensiya arasında fərq olmamalıdır. Belə bir ümumi konsepsiya var və gələn ildən qüvvəyə minəcək".



25 və 49 min manat pensiya alanlara gəldikdə, cənab Əlirzayev deyir ki, həmin şəxslər işlədiyi üçün ya maaşlarının, ya da pensiyalarının yarısından imtina etməlidirlər. Onun sözlərinə görə, işləyən adamlar belə seçim qarşısında qalanda pensiyanın yarısını almağa üstünlük verirlər.



Sosial Müdafiə Fondunun prezidenti Səlim Müslümov da deyir ki, mövcud qanunvericiliyə görə, işləyən pensiyaçılar öz təqaüdlərinin 50 faizini alır. Prezidentin fərnamları ilə pensiyalara edilən əlavələr isə onlara yox, işləməyən pensiyaçılara aid edilir:



"Amma onlar istənlən vaxt xidmət illərinə görə pensiyaya çıxa bilərlər. O zaman onların pensiyası axırıncı 24 ayın əməkhaqqına görə yenidən hesablanacaq... Və təbii ki, bütün işləməyən pensiyaçılar kimi nə qədər əlavələr var hamısı üstünə gələcək. Və birdən birə pensiyası bir neçə dəfə artacaq".



Cənab Müslümov qeyd etdi ki, işləməyən pensiyaçılar üçün minimum hədd 125 min manat olsa da, işləyənlər barədə konkret rəqəm demək bir qədər çətindir:



"Yuxarı həddi deyə bilmərəm. İndi dövlət qulluqçusu var ki, 6 milyon manata yaxın pensiya alır".



Sosial Müdafiə Fondunun prezidenti hesab edir ki, indi az təqaüd alanlar vaxtilə əməkhaqqı aşağı olanlar, ya da pensiya hesablanması üçün aşağı əməkhaqqı təqdim edənlərdir.



Səlim Müslümov deyir ki, 20 illik əmək fəaliyyəti olanlara orta aylıq əmakhaqqının 60 faizi həcmində pensiya verilir. Və əgər Şərqiyyə Əliyeva 24 min manat təqaüd alırsa, onda ehtimal ki, pensiya sənədləri hazırlanarkən onun əməkhaqqı 80 min manat kimi göstərilib.
XS
SM
MD
LG