Keçid linkləri

Təcili xəbərlər
2023, 05 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:17
Rubrikalar

Bakıda bədii gimnastika üzrə dünya çempionatının startı verildi


Səs: Real audio
Daxili İşlər naziri Ramil Usubov isə bundan sonra da müxalifətin qanunsuz aksiyalarının qarşısının alınacağını deyir - Oktyabrın 3-də Bakıda bədii gimnastika üzrə dünya çempionatının startı verildi. Çempionatda dünyanın 42 ölkəsindən olan idmançılar lent, top, gürz və halqalarla hərəkətlər nümayiş etdirəcək. Qrup hərəkətlərində isə komandalar mübarizə aparacaq.



Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Azərbaycan komandasının uğur qazanacağına inanır.



Dünya çempionatına oktybabrın 9-da yekun vurulacaq.



- Makedoniyada keçirilən cüdo üzrə gənclərin Avropa çempionatında Azərbaycan cüdoçuları – Araz Muxtarov və Nicat Şıxəlizadə qızıl medal qazanıblar.



- Futbol üzrə Azərbaycan çempionatında 6-cı tur sona çatıb. Altı turdan sonra turnir cədvəlinə 15 xalla «Bakı» komandası başçılıq edir. Hərəyə 14 xal toplamış «Turan» və «İnter» klubları isə ikinci-üçüncü yerləri bölüşürlər.



- Macarıstanda sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatı başa çatıb. Azərbaycanın sərbəst güləşçiləri medallar uğrunda mübarizəni dayandırsalar da, klassik güləş növündə Hüsaməddin Rəcəbov (66 kq) turnirin gümüş medalını qazanıb.



- Beynəlxalq Şahmat Federasiyası – FIDE oktyabr ayı üçün şahmatçıların reytinq cədvəlini açıqlayıb. Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya şahmatçıları arasında 18-ci yerdədir. Onun hesabında 2704 xal var. İlk üçlüyə isə əvvəlki kimi Harri Kasparov (Rusiya, 2812 xal), Vişvanatan Anand (Hindistan, 2788 xal) və Veselin Topalov (Bolqarıstan, 2782 xal) başçılıq edir.
XS
SM
MD
LG