Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:40

Bakıda gənc geoloqların elmi konfransı keçirilir


Səs: Real audio
Daxili İşlər naziri Ramil Usubov isə bundan sonra da müxalifətin qanunsuz aksiyalarının qarşısının alınacağını deyir Oktyabrın 3-də Gənc Alimlərin 1-ci Beynəlxalq Elmi Konfransına start verilib. "Yer elmləri sahəsində tədqiqatların yeni istiqamətləri" adlı bu tədbir Geologiya İnstitutu, Təhsil Nazirliyi və Azərbaycan Milli Geoloqlar Komitəsinin dəstəyi ilə təşkil olunub.



Oktyabrın 4-dək davam edəcək konfransa Norveç, Rusiya və Gürcüstandan da mütəxəssislər və gənc geoloqlar dəvət olunublar.



Geologiya İnstitutunun direktoru Akif Əlizadənin sözlərinə görə, konfransı keçirməkdə əsas məqsəd gənc tədqiqatçıların elmi işlərinin nəticələrini müzakirəyə çıxarmaq və mühüm məsələlərə dair fikir mübadiləsi aparmağa imkan yaratmaqdır:



"Konfransın əsas məqsədlərindən biri də azərbaycanlı gənc alimlərlə xaricdən gələn alimlərin bir yerə toplaşmasının əsasını qoymaq, onların əldə etdiyi uğurları bir-birilə bölüşdürməkdir".



İki gün davam edən konfransda 57 məruzə dinləniləcək. Tədbirdən sonra qonaqların da iştirakı ilə Keçəldağ palçıq vulkanına ekskursiya təşkil olunacaq.
XS
SM
MD
LG