Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 08:20

«Azadlıq» bloku növbəti mitinqi oktyabrın 9-na təyin etdi


Səs: Real audio
Daxili İşlər naziri Ramil Usubov isə bundan sonra da müxalifətin qanunsuz aksiyalarının qarşısının alınacağını deyir «Azadlıq» seçki bloku növbəti etiraz yürüş-mitinqini oktyabrın 9-na təyin etdi.



Bu haqda oktyabrın 3-də blok rəhbərlərinin toplantısından sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verdi. Onun sözlərinə görə, blok Bakı Şəhər İcra Hakimiyyətinə yenə də şəhərin mərkəzindəki altı marşrutdan birini təklif edəcək.



Daxili İşlər naziri Ramil Usubov isə oktyabrın 3-də jurnalistlərlə söhbətində bildirib ki, bundan sonra da müxalifətin qanunsuz mitinqlərinin qarşısı alınacaq. O, meriyanın şəhərin mərkəzində aksiya keçirməyə icazə verəcəyinə inanmadığını da sözlərinə əlavə edib.



«Azadlıq» blokunun rəhbərlərindən biri, AXCP sədri Əli Kərimli isə söyləyir ki, oktyabrın 1-də mühafizəçilərinin həbs edilməsiylə o özü hədəf seçilib.



Ramil Usubov isə cənab Kərimlinin fikirlərini yanlış adlandırır. Onun sözlərinə görə, AXCP sədrinin cangüdənlərindən iki nəfəri inzibati qaydada cəzalandırılıb, biri isə cinayət işinə görə həbs edilib.



«Azadlıq» blokunun oktyabrın 1-də keçirdiyi aksiya zamanı saxlanan 15 nəfər haqqında 2-12 sutka müddətində həbs qərarı seçilib.



Blok rəhbərlərinin oktyabrın 5-6-da Qazax, Ağstafa, Şəmkir, Tovuz və Cədəbəy rayonlarında seçicilərlə görüş keçirməsi də qərara alınıb.
XS
SM
MD
LG