Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Aclıq edən deputatlığa namizədlərin səhhəti normaldır


Səs: Real audio
İkili qiymətləri göstərməyən fiziki və hüquqi şəxslər məsuliyyət daşıyırlar “Azadlıq” seçki blokunun sentyabrın 30-da başladığı aclıq aksiyası davam edir. Bloka daxil olan ADP sədrinin müavini Sərdar Cəlaloğlunun “Azadlıq” radiosuna verdiyi məlumata görə, hələ ki aclığa başlayanların səhhətində problem yaranmayıb: «Belə qərara gəlinib ki, hər üç gündən bir blokun 116 nəfər vahid namizədindən altı nəfəri aclıq edənləri əvəzləsin».



Seçkiqabağı vəziyyətin demokratikləşdirilməsi tələbi ilə aclıq etdiklərini bildirən cənab Cəlaloğlu, aksiyanı tələbləri yerinə yetirilənə qədər davam etdirəcəklərini söyləyir.



Hazırda aclıq edən deputatlığa namizədlər Aydın Quliyev, Fuad Mustafayev, Kamil Vəli Nərimanoğlu, Rauf Arifoğlu, Qabil Hüseynli və Elbrus Quliyevdir.
XS
SM
MD
LG