Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:11

AXCP sədrinin müavininin ürəyindən əməliyyat olunduğu deyilir


Səs: Real audio
Həsən Kərimovun səhhətinin 25 sentyabr mitinqində polisin ona qarşı zoraklıq işlətməsindən sonra ağırlaşdığı bildirilir 29 saylı Səbayel seçki dairəsindən «Azadlıq» blokunun deputatlığa namizədi və Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimovun ürəyində Türkiyədəki xəstəxanaların birində cərrahiyyə əməliyyatı aparılıb.



AXCP-nin Mətbuat Xidmətinin rəhbəri İshaq Əvəzoğlu deyir ki, cənab Kərimovun səhhəti blokun 25 sentyabr mitinqi zamanı polisin ona qarşı zoraklıq işlətməsindən sonra ağırlaşıb.



Bu partiyadan olan deputat Qulamhüseyn Əlibəyli isə sentyabrın 28-də hadisənin araşdırlıması ilə bağlı baş prokurora müraciət edib.



Daxli İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məsələnin araşdırıldığını deyir.
XS
SM
MD
LG