Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:25

«Azadlıq» blokunun altı deputatlığa namizədi aclığa başladı<p align=`left`><br><br>


Səs: Real audio
Aydın Quliyev aksiyanı seçkiqabağı vəziyyətin demokratikləşdirilməsi tələbi ilə keçirirdiklərini bildirir Sentyabrın 30-da AXCP, ADP və Müsavat partyialarının birləşdiyi «Azadlıq» seçki blokunun bir qrup deputatlığa namizədi aclıq aksiyasına başladı. Aksiya blokun Seçki Qərargahında - ADP-də keçirilir.



Aclıq edənlər Fuad Mustafayev, Kamil Vəli Nərimanoğlu, Rauf Arifoğlu, Qabil Hüseynli, Aydın Quliyev və Elbrus Quliyevdir.



Rauf Arifoğlu bildirir ki, aksiyada blokun 116 vahid namizədi hər dəfə altı nəfər olmaqla üç gün müddətində aclıq edəcək.



Aydın Quliyev isə aksiyanı seçkiqabağı vəziyyətin demokratikləşdirilməsi tələbi ilə keçirirdiklərini bildirir: «Seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşdırılmalı, səsvermə zamanı barmaq mürəkkəbindən istifadə edilməli, müxalifətin yürüş-mitinqləri istədiyi yerdə keçirməsi müsbət həll edilməli, siyasi mühacirlərə seçki təbliğatı üçün azad şərait yaradılmalı, icra hakimiyyəti və polis orqanlarının seçkiyə müdaxiləsinə son qoyulmalıdır».



Həkim briqadası hər gün aclıq edənlərin səhhətini müayinə edəcək. Onlar aksiyanı tələbləri yerinə yetirilənə qədər davam etdirəcəklərini bildirirlər.
XS
SM
MD
LG