Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:57

<i>«Ayna»</i>: «Sahibkarlar kreditləri «əridiblər»


Səs: Real audio
«Azadlıq» seçki blokunun növbəti aksiyası oktyabrın 8-ə təyin edildi «Üç nöqtə» qəzetindəki «Prokuror 7 zabitə 46 il 6 ay həbs cəzası istədi» başlıqlı məqalədə Elməddin Muradlı yazır ki, bu zabitlər hərbi hissəyə pul gətirən maşina basqın planı hazırlamaqda günahlandırılırlar.



Məqalədə bildirilir ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə hakim Məmmədbağır Zeynalovun sədrliyi ilə Müdafiə Nazirliyi «N» saylı hərbi hissəsində qulluq edən 7 zabitin məhkəmə istintaqı yekunlaşıb. Müəllif yazır ki, silahlı basqın həyata keçirən zabitlər sonradan məsuliyyəti də hərbi hissə rəhbərliyinin üzərinə qoymağı planlaşdırırmışlar.



«Ayna» qəzetindəki «Sahibkarlar kreditləri «əridiblər» başlıqlı məqalədə Namiq Sabiroğlu yazır ki, sentyabr başa çatmasa da, artıq Sahibkarlığa Yardım Milli Fondu [SYMF] 2005-ci ilin dövlət büdcəsində kiçik və orta sahibkarlığa güzəştli kreditlərin verilməsi üçün nəzərdə tutulan vəsaitin hamısını istifadə edib.



Məqalədə bildirilir ki, hökumət bunun səbəbini ölkə sahibkarlarının maliyyə dəstəyinə nə qədər ehtiyacları olduğunun göstəricisi kimi dəyərləndirir.Müəllif yazır ki, ilk baxışdan belə təəssürat yarana bilər ki, SYMF-nin fəaliyyəti, yəni onun sahibkarlara kredit formasında verdiyi maliyyə yardımı formal xarakter daşıyır. Və yaxud yerlərdə bir sıra işbazlar həmin vəsaitərdən sui - istifadə edirlər.
XS
SM
MD
LG