Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

«Erməni olduğuma görə heç kəs məni incitmir»


Səs: Real audio
İki ölkə nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb Bunu Qalada yaşayan Venera Musaelyan deyir



Nəcəfovlar ailəsi Bakının şərqindəki Qala kəndində yaşayır. Etibar Nəcəfov və onun milliyyətcə erməni olan həyat yoldaşı Venera Musaelyan. İki övladları var. Oğulları Elşad onlarla yaşayır, qızlarını isə bir neçə il əvvəl köçürüblər. Bu ailənin əsas dolanışıq mənbəyi həyətlərində yaratdıqları kiçik təsərrüfatdır – 4 keçiləri, 13 dovşanları, bir hin toyuq-cücələri, ördəkləri-qazları var.



Bu ailənin təməli 30 il əvvəl - Sovet dövründə qoyulub. Dediklərinə görə, bu illər ərzində heç nə, hətta 1988-ci ildə başlanan Qarabağ münaqişəsi də ailənin təməlini sarsıda bilməyib.



Venera Musaelyan: «Biz bir yerdə böyümüşük. Sonra Etibar əsgərliyə getdi, gəldi, elçi göndərdi. Amma anam məni ona verməyə razı olmadı. Ona görə də Etibar məni qaçırtdı. Mən bir gəlin kimi onların evinə gələndən sonra onun atasını öz atam kimi saymışam, hətta ayağını da yumuşam. Baldızımı isə özümə bacı saymışam».



Etibar Nəcəfov: «O, mənim balaca bacıma analıq edib, böyüdüb, sonra da köçürüb. Atam üç il infarktdan xəstə yatdı, ona qulluq etdi. 1988-89-cu illərdə baş verənlərin mənə heç bir aidiyyəti yoxdur, o, mənim həyat yodaşım, uşaqlarımın anasıdır».



Nəcəfovlar kimi, yəni ərin azərbaycanlı, arvadın isə erməni olduğu ailələr Azərbaycanda çoxdur.



Milli məsələlər üzrə dövlət müşaviri Hidayət Orucovun verdiyi məlumata görə, Azərbaycan ərazisində – Dağlıq Qarabağdan kənarda 20 minə yaxın erməni yaşayır. Bu rəqəmlə müstəqil mənbələr də razılaşır. Bildirilir ki, həmin şəxslərin çoxu məhz əri azərbaycanlı olan erməni qadınlardır və əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaşayırlar.



Qala kəndində söhbətləşdiyim Venera Musaelyan deyir ki, çətinlikləri də var. 13 il əvvəl Bakıdakı mənzilindən qeydiyyatdan çıxarılması ona və ailə üzvlərinə indiyəcən sənədləşmə işində çətinliklər yaradır.



Evsiz Bakılılar Assosiasiyasının rəhbəri Eldar Əlizadənin sözlərinə görə, 3-4 il əvvələcən ona müəyyən sənədləri almaqda çətinlik çəkən erməni millətindən olan vətəndaşlar da müraciət edirdi. Xüsusən də onlar Sovet pasportunun əvəzində yeni şəxsiyyət vəsiqəsi almaqda probemlərlə üzləşdiklərini deyirdilər. Şəxsiyyət vəsiqəsi almaq üçün yaşayış yerindən arayış lazım idi, həmin şəxslərin isə onun sözlərinə görə, heç bir yerdə qeydiyyatı yox idi. Amma Eldar Əlizadə deyir ki, Nazirlər Kabinetinin qərarından sonra daimi qeydiyyatı olmayanlara da şəxsiyyət vəsiqəsi verilir.



«İndi polis məmurları bu insanların işinə çox obyektiv baxırlar, daha demirlər ki, sən ermənisən, get… Hansısa süründürməçilik olanda isə biz dərhal ombudsmana müraciət edirik, onun müdaxiləsindən sonra problem yoluna qoyulur».



Eldar Əlizadə bildirir ki, son illər vəziyyət yaxşılığa doğru dəyişib, hətta daimi qeydiyyatı olmayan ermənilərin pensiya məsələsini həll etmək də artıq problem deyil.



Milli məsələlər üzrə dövlət müşaviri Hidayət Orucov isə deyir ki, Azərbaycanda milli mənsubiyyətinə görə vətəndaşların təqib edilməsi faktları yoxdur. O etiraf edir ki, Qarabağ münaqişəsi başlanandan sonra həqiqətən də Bakıda zəbt edilən evlər olub. Və belə evlərin arasında erməni evləri də var idi. Amma Hidayət Orucovun sözlərinə görə, bunlar əsasən münaqişənin ilk illərində Erməstandan və Qarabağdan axın edən azərbaycanlı qaçqınların tutduğu evlərdir. O deyir ki, həmin gərgin dövrdə hər cür hadisə baş verə bilərdi.



«O vaxt evi zəbt edilən təkcə ermənilər olmayıb. Rusların və azərbaycanlıların özlərinin evləri də tutulub.
XS
SM
MD
LG