Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:24
Rubrikalar

Cüdoçular Xorvatiyada tatamiyə çıxacaqlar


Səs: Real audio
Tarya Halonen iqtidar və müxalifətin Avropa Şurasının prinsipləri çərçivəsində fəaliyyət göstərəcəyinə ümid edir - Sentyabrın 29-da Azərbaycan cüdo üzrə yığma komandası Xorvatiyaya yolla düşüb. Sentyabrın 30-da bu ölkədə Avropa birinciliyinin startı veriləcək. Güdo Federasiyasının əməkdaşı Elnur Kələntərlinin verdiyi məlumata görə, turnirdə Azərbaycanı 4 nəfər təmsil edəcək:



«Azərbaycanı yığması Nicat Şıxəlizadə (60 kq), Araz Muxtarov (73 kq), Ramilə Yusupova (57 kq) və Sona Əhmədli (63 kq) ilə çıxış edəcək. Nicat Şıxəlizadəyə daha çox ümid edirik. Hakimlərdən isə Ziya Məmmədov Avropa çempionatında çıxış edəcək.



- İranda qadınların beynəlxalq oyunları keçirilir. Pnevmatik tapançadan atəş açmaqda İradə Aşımova turnirin qızıl medalını qazanıb.



- Samboçular isə dünya çempionatına hazırlaşır. Çempionat oktyabrın 13-dən 17-dək Yunanıstanın Soloniki şəhərində keçiriləcək. Sentyabrın 29-dan Azərbaycan yığması təlim-məşq toplantılarına başlayıb. Komandanın heyətində 18 samboçu dünya birinciliyinə hazırlaşır.
XS
SM
MD
LG