Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 03:14

Bu il Həccə 2800 zəvvar gedəcək


Səs: Real audio
Vəkillər müdafiə etdikləri şəxslərlə bağlı heç bir istintaq hərəkətinin aparılmamasından narahatdırlar Hacı olmaq istəyənlər az olduğundan Azərbaycanın kvotasından əcnəbilər istifadə edirlər



Bir azdan Həcc ziyarəti başlanır. Azərbaycanda belə təəssürat var ki, Həccə getmək istəyənlər çoxdur. Bəs onda niyə Azərbaycanın kvotası hər il dolmur? Səudiyyə Ərəbistanının Azərbaycandan qəbul edə biləcəyindən az adam gedir?



Azərbaycandan Həcc ziyarətinin təşkili əsasən Qafqaz Müsəlmanları İdarəsinin [QMİ] səlahiyyətindədir. Ölkə üçün ümumi kvotanı – ziyarətçilərin maksimum sayını da bu idarə götürür. İdarədən bildirirlər ki, zəvvarlar üçün ayrılan kvotanın tam dolmaması təkcə bu ilin hadisəsi deyil. Bu hər il baş verir.



QMİ-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri Hacı Azad Bağırov deyir ki, bu il Azərbaycanın kvotası 2800 nəfərdir. Hazırda ziyarət üçün 2000-ə yaxın müraciət edən var və bu rəqəm artmaqdadır.



Hacı Azad Bağırovun sözlərinə görə, zəvvarlara QMİ-nin xəttilə ziyarətə yollanmaq təyyarə ilə 2 100, avtobusla isə 1 320 ABŞ dollarına başa gəlir.



Pul ödəmədən, idarənin hesabına da ziyarətə getməyin mümkün olub-olmaması məsələsi ilə də maraqlandıq. Hacı Azad dedi ki, Şəriətə görə bu mümkün deyil. Həccə pulsuz getmək olmaz.



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi [DQİDK] sədrinin müavini Elçin Əsgərov isə deyir ki, Səudiyyə Ərəbistanının qanununa görə, ölkələr üçün kvota hər min nəfərə 1 zəvvar olmaqla müəyyənləşir. Bu hesabla Azərbaycandan hər il Həcc ziyarətinə 8000-ə qədər zəvvar gedə bilər. Bu barədə iki ölkə arasında müqavilə də var. Ancaq Azərbaycandan ziyarətə cəmi 1200-1500 adam getdiyi üçün çox yer götürülmür.



Onun sözlərinə görə, bu işlə QMİ ilə yanaşı özəl şirkətlər də məşğul olmasına baxmayaraq, indiyə qədər Azərbaycanın götürdüyü kvota heç vaxt dolmayıb.



QMİ mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev deyir ki, kvotanın dolmaması heç də azərbaycanlıların dinə zəif münasibəti kimi qəbul olunmamalıdır. Bu, sadəcə, adamların ziyarətə getmək imkanının olub-olmaması ilə bağlı məsələdir.



DQİDK sədrinin müavini Elçin Əsgərovun sözlərinə görə isə, QMİ-nin bu il götürdüyü 2800 yerin 400–ü Gənclər, İdman və Turizm Nazirliyinə verilib. Nazirlik isə həmin yerləri 5 şirkət arasında paylaşdırıb. Bölgü şirkətlərin ziyarəti təşkil etmək imkanları nəzərə alınaraq həyata keçirilir. Elçin Əsgərov deyir ki, şirkətlərin bir nəfər üçün tələb etdiyi ziyarət xərci QMİ–ninkindən təxminən 200 dollar ucuzdur.



DQİDK sədrinin müavininin sözlərinə görə, kvotada boş qalan yerlərdən Azərbaycanda yaşayan xarici vətəndaşlar istifadə edir. Qanunla bu hüquqdan yalnız Azərbaycanda 1 ildən az olmayaraq yaşayanlar istifadə edə bilərlər. Boş qalan yerlərdən əsasən Türkiyə və İran vətəndaşları istifadə edirlər.



Gənclər, İdman və Turizm Nazirliyindən isə bildirdilər ki, Azərbaycanda Həcc ziyarətinin təşkili ilə bir neçə özəl turizm şirkəti - «Karvan–D», «Tur-LTD», «Prezident», «Xəzər» və digər şirkətlər məşğul olur.



«Karvan-D»-nin kommersiya direktoru Mircəfər Dadaşov deyir ki, kvotanın doldurulması ilə bağlı onların heç vaxt problemi olmur. Gənclər, İdman və Turizm Nazirliyinin bu şirkət üçün ayırdığı 150 yer artıq tutulub. Qiymətlərin aşağılığına isə zəvvarların yerləşdirildiyi mehmanxanaların harada olması da təsir edir. Ancaq bu, heç də zəvvarlara göstərilən xidmətin zəif olması demək deyil.



Mircəfər Dadaşov əlavə edir ki, ilbəil Azərbaycandan ziyarətə getmək istəyənlərin sayı artır. Ona görə də şirkət Gənclər, İdman və Turizm Na
XS
SM
MD
LG