Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:56
Rubrikalar

Sərbəst güləşçilər üçün Macarıstan turniri uğursuz oldu


Səs: Real audio
O, məhkəmənin haqqında çıxardığı həbs qəti-imkan tədbirinə tabe olmaq fikirində olmadığını deyir - Macarıstanda güləş üzrə dünya çempionatı davam edir. Azərbaycanın sərbəst güləşçiləri çempionatda heç bir medal qazana bilməyib. Bu gündən başlayaraq yunan-Roma güləşi üzrə 4 idmançı mübarizəyə qoşulur.



- Rusiyada boks üzrə «A» kateqoriyalı turnir sona çatıb. 100-dən artıq idmançının yarışdığı turnirdə Azərbaycan 10 boksçu ilə təmsil olunub. Onlardan iki nəfəri – Samir Məmmədov (51 kq) və Cavid Tağıyev (81 kq) gümüş, dörd nəfəri isə – Rəhim Nəcəfov (54 kq), Roman Amanov (60 kq), Ruslan Xairov (69 kq) və Fikrət Rəhimov (91 kq-dan yuxarı) isə bürünc medal qazanıblar.



Bu turnir noyabrda Pekində keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyıb.



- Azərbaycan qılıncoynadanları isə dünya və Avropa çempionatlarına hazırlaşır. Komandanın baş məşqçisi Yaşar Məmmədovun verdiyi məlumata görə, Azəçrbaycanı «Neftçi» cəmiyyətinin yetirmələri – Rəhim və Ramin Əmirovlar, Aida Ələsgərova, Səbinə Əmrahzadə və Sevil Bünyatova təmsil edəcək.



- FIFA Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək hakimlərin adlarını açıqlayıb. Üç nəfər – Xaqani Məmmədov, Fariz Yusifov və Babək Quliyev beynəlxalq yarışlara əsas hakimlər kimi çıxacaq. 6 nəfər isə hakim köməkçiləri kimi oyunu idarə edəcək.
XS
SM
MD
LG