Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:48

<i>«Üç nöqtə»</i>: «Gürcüstanda yaşayan azərbaycanlılar muxtariyyət istəyirlər»


Səs: Real audio
GUAM ölkələri sərhəd qurumlarının rəhbərləri Bakıda toplaşıb «Üç nöqtə» qəzetindəki «Gürcüstanda yaşayan soydaşlarımız narahatdırlar» başlıqlı məqalədə Afaq yazır ki, Gürcüstanda yaşayan azərbaycanlılara qarşı qətllər və psixoloji təzyiqlər var. Məqalədə bildirilir ki, ordakı azərbaycanlıların məskunlaşdığı ərazilərə muxtariyyət verilməsi zərurəti yaranır. Belə gedərsə məsələ Gürcüstan hökuməti qarşısında birmənalı olaraq qaldırılacaq. Müəllif yazır ki, bu məsələyə Azərbaycan hökuməti səviyyəsində münasibət bildirilməsi vacibdir.



«Ayna» qəzetindəki «Banklar «günahlarını» etiraf etmədilər» başlıqlı məqalədə Namiq Sabiroğlu yazır ki, çox zaman olduğu kimi, bu dəfə də günahkar tapılmadı. Söhbət sentyabrın 17-i və 18 -də manatın məzənnəsinin dollara nisbətdə bahalaşması ilə əlaqədar ölkədə yaranmış maliyyə böhranının səbəbkarlarının tapılaraq cəzalandırılmasından gedir. Artıq sirr deyir ki, dolların «qara şənbə»si ölkədə milli valyutanın çatışmaması səbəbindən baş vermişdir. Düzdür, Milli Bank həmin böhranın süni surətdə yaradılmasını əsas gətirir. Lakin ölkənin pul - kredit siyasətinə cavabdeh olan bu qurum təkcə valyutanı dövriyyəyə buraxıb, onun yığılması ilə deyil, eyni zamanda belə böhranların qarşısının alınması istiqamətində də iş aparmalı idi.



«Bakı - Xəbər» qəzetindəki «ABŞ səfiri zorakılığa göz yummayacaqlarını göstərdi» başlıqlı məqalədə Elşən Xəyal yazır ki, 25 sentyabr mitinqində zorakılığın qarşısının alınmasında ABŞ səfiri Rino Harniş mühim rol oynadı. O, tərəfləri danışıqlara çağırmaqla öz ölkəsinin bütün dünyada sülhün tərəfdarı olduğunu nümayiş etdirdi. Məqalədə bildirilir ki, səfir bu addımı ilə ABŞ-ın demokratiyanı insanların rifahı naminə dəstəklədiyi, əks təqdirdə bunun qarşısının alınmasına çalışacağı mesajını verdi. Müəllif yazır ki, 2003-cü il prezident seçkisində ABŞ hökuməti indiki qədər fəal deyildi.
XS
SM
MD
LG