Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:56

O «mehriban», o «əziz», tələbəlik illəri...


Səs: Real audio
GUAM ölkələri sərhəd qurumlarının rəhbərləri Bakıda toplaşıb - Qaldığımız yataqxanada problemlər çoxdur. Onlardan biri də su problemidir. Su çox vaxt 5-ci mərtəbəyə çıxmır. Biz tələbələr çətinlik çəkirik. Su başında növbə olur. Bu problemlər bizim dərsə gecikməyimizə səbəb olur.



- Mətbəxtdə yemək bişirə bilmirik. Otağın vəziyyəti də gəldiyimiz gündən yaxşı deyil. Özümüz pul yığıb bir balaca səliqəyə salmışıq.



- Pəncərələrin şüşəsi yoxdur, işıq sistemi pis vəziyyətdədir. Gündə iki dəfə su verilir, onda da qaçqınlar növbəyə dururlar və biz çox vaxt gündə heç bir dəfə də su ala bilmirik.



- Bura gələndə bizdən 100 dollar pul alıblar, ildə də veririk. Amma ödədiyimiz pul şəraitlə heç uyğun deyil. Qaçqınların burada olmağı, dava-dalaş salmağı, uşaqların səs-küyü bizim dərs oxumağımıza maneçilik törədir.



Bu, bəlkə də gələcəkdə Azərbaycanın inkişafinda mühüm rolu olacaq tələbələrin hazırki durumudur. Onların problemlərini bilmək üçün qaldığı yataqxanalara uzaq məsafədən diqqət yetirmək kifayətdir. Yataqxaya daxil olduqda isə orada məskunlaşmış məcburi köçkün və qaçqınların arasında tələbələri güclə tapmaq olur.



Təhsil naziri Misir Mərdanov isə bu vəziyyətin hələ bir neçə il də davam edəcəyini deyir. Çünki hələ orada məskunlaşmış məcburi köçkün və qaçqınların yaşaması üçün başqa yer yoxdur.



- Prezidentin təsdiq etdiyi proqram var ki, tədricən bir neçə il ərzində təhsil müəssisələrində, o cümlədən təhsil müəssisələrinin yataqxanalarında məskunlaşmış qaçqın və məcburi köçkünlər üçün şərait yaradılacaq və onlar oradan çıxarıldıqdan sonra bizim yataqxanalar təmir olunacaq.
XS
SM
MD
LG