Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:06

Ərəb mədəniyyəti günlərinə start verildi


Səs: Real audio
Nazir Azərbaycanın «Minilliyin Çağırış Proqramı»ndan yardım ala bilməməsini ayrı-seçkilik kimi qiymətləndirir Sentyabrın 27-dən oktyabrın 3-dək Azərbaycanda ərəb mədəniyyəti günləri başlayır.



Bu məlumatı «Azadlıq» radiosuna Mədəniyyət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri İntiqam Hümbətov verdi. Onun sözlərinə görə, tədbirlər Bakı ilə yanaşı, Qəbələ və Şəkidə də keçiriləcək. Cənab Hümbətov Bakıya gələn nümayəndə heyətinə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Mədəniyyət və İnformasiya nazirinin müavini Saqr Gubəşin rəhbərlik etdiyini deyir.



Sentyabrın 28-də mədəniyyət günlərinin açılışı münasibəti ilə Muzeylər Mərkəzində rəsmi tədbir keçiriləcək. Rəsm əsərləri və fotoşəkillərdən ibarət sərgidə ərəb mədəniyyət xadimlərinin əsərləri nümayiş etdiriləcək. Həmçinin ərəb rəqs kollektivlərinin iştirakı ilə konsert veriləcək.



2004-cü ildə BƏƏ-də Azərbaycan mədəniyyəti günləri keçirilib.
XS
SM
MD
LG