Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:28

«Azadlıq» bloku növbəti icazəsiz yürüş-mitinqə hazırlaşır<p align=`left`><br><br>


Səs: Real audio
«Azadlıq» bloku növbəti aksiyanı oktyabrın 1-ə təyin edib AXCP, Müsavat və ADP-nin yaratdığı «Azadlıq» seçki bloku oktyabrın 1-də metronun «28 May» stansiyası yaxınlığında yürüş-mitinq keçirməkdə israrlıdır.



AXCP sədri Əli Kərimli sentyabrın 27-də keçirdiyi mətbuat konfransında belə dedi. O, bildirdi ki, blok rəhbərliyi məsələni bir daha müzakirə edərək, yeni aksiyaya hazırlaşmaq qərarını verib: «Hakimiyyət şəhərin ən müxtəlif yerlərində razılaşdırılmış mitinqlərin keçiriləcəyi təqdirdə seçkini uduzacağını bilir. Ona görə də süni şəkildə qarşıdurmalar yaradır».
XS
SM
MD
LG