Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:20

Prezidentdən qapalı müəssisələrdə seçkilərə nəzarəti gücləndirmək xahiş olunur


Səs: Real audio
Mats Lindberq: «İstənilən halda zorakılıq yolverilməzdir» Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) cəzaçəkmə müəssisələri və hərbi hissələrdə seçicilərin hüquqlarının pozulması ilə bağlı prezident İlham Əliyevə müraciət edib.



Təşkilatın vitse-prezidenti Vəli Əliybəyli deyir ki, qurum sözügedən qapalı müəssisələrdə ilkin monitorinq aparıb: «Məlum oldu ki, burada Məntəqə Seçki komissiyaları yaradılmayıb, seçici siyahıları hazırlanmayıb».



O, ölkə başçısının yaxın günlərdə cəzaçəkmə müəssisələri və hərbi hissələrdə bu problemlərin aradan qaldırılması məqsədilə sərəncam imzalamasını təklif edir.



Cənab Əlibəyli hesab edir ki, əvvəlki illərdən fərqli olaraq qapalı müəssisələrdə seçkinin gedişatına nəzarət gücləndirilməli, müşahidəçilərin prosesi izləmələrinə şərait yaradılmalıdır.
XS
SM
MD
LG