Səs: Real audio
AXCP sədrinin müavini Həsən Kərimov: «Blok öz qərarında israrlıdır və aksiyanı «28 May» meydanında keçirəcək» Söhbətdə iştirak edirlər:
- Yerevandan "Yeni Ermənistan" qeyri-hökumət təşkilatının sədri Eleonora Manandyan;
- Bakıdan "Məqam" Vətəndaş Hərəkatının sədri Emin Hüseynov;
- Tbilisidən "Kmara!" hərəkatının fəalı Georgi Meladze.
Eleonora Manandyan: "...Mən inqilab tərəfdarıyam, buna nail olmaq üçün əlimdən gələni edirəm. Bizim təşkilat çoxdandır bütün siyasi və ictimai proseslərdə fəal iştirak edir. Amma "rəngli inqilablar" olduqca təhlükəlidir. Ona görə yox ki, onlar beynəlxalq strukturlar tərəfindən yeridilir. Əsas problem bu, deyil. Məsələ ondadır ki, əgər sən problemin təfərrüatına varmırsansa, yəni ideologiyanı dəyişmirsənsə, onda sadəcə, şəxsiyyəti dəyişirsən. Sistemsə əvvəlki kimi qalır. İnqilab odur ki, sən bütün ideologiyanı, cəmiyyətin bütün təfəkkürünü dəyişirsən..."
Emin Hüseynov: "Azərbaycan gəncləri arasında hansısa romantizm var. Onlar keçmişdəki kimi yaşamaqdan beziblər. Və Qərb fondları, institutları heç nədə bizə kömək etmirlər... Məsələ onda deyil ki, biz hansısa şəxsiyyəti başqası ilə əvəzləyirik. Biz sadəcə, dərk etdik ki, hazırkı şəraitdə siyasi sistemi milli sərvətləri talayan indiki hakimiyyətlə dəyişmək qeyri-mümkündür... Oturub ictimaiyyətin, onun əhval-ruhiyyəsinin dəyişməsini gözləmək sadəlövhlük olardı. İctimaiyyət özü-özlüyündə oyanmayacaq. Onu "böyük zəngli saatla" oyatmaq lazımdır.
Georgi Meladze: "Yaxşı işdə Qərbin yardımı həmişə yaxşıdır. İnqilaba gəlincə, bunun inqilab deyil, sadəcə hakimiyyət dəyişikliyi olması fikri ilə razı deyiləm. Əlbəttə ki, bu, 18-ci və 19-cu əsrlərdəki inqilablardan deyil. Bu, yeni inqilabdır. Hakimiyyəti almaq üçün burada heç kəsi öldürmürlər. Bu, demokratik yolla hakimiyyət dəyişikliyidir. Və burada əsas ideya səs hüququnu təmin etməkdir... Bizim inqilab üçün bu başlıca ideya idi. Mən bunu inqilab adlandırıram və bunun inqilab olduğunu düşünürəm... Bu, mədəniyyətdə inqilab idi, dövlətdə inqilab idi.
Daha ətraflı Audio hissədə