Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:34

ATƏT müşahidəçiləri şimal bölgəsindədirlər


Səs: Real audio
Buna səbəb Mozdok-Qazıməmməd kəmərində partlayışdır «Biz Quba-Xaçmaz bölgəsindəki seçki kampaniyasını yalnız müşahidə edir və topladığımız məlumatları baş ofisə göndəririk. Odur ki, heç bir açıqlama vermirik».



Bu sözləri ATƏT-in Quba-Xaçmaz bölgəsindəki uzunmüddətli müşahidəçisi Sessiliya Salimark həmin bölgə üzrə İnsan Hüquqları Resurs Mərkəzində (İHRM) keçirdiyi görüşdən sonra bildirdi.



İHRM-in İnformasiya Departamentinin rəhbəri Müqəddəs Kazımoğlunun «Azadlıq» radiosuna verdiyi məlumata görə, bölgədəki seçkiqabağı durum, baş verən qanun pozuntuları barədə ətraflı məlumat veriblər. Görüşdə qarşılıqlı əməkdaşlıq barədə razılıq əldə edilib.



Bir həftədən çoxdur ki, ATƏT-in uzunmüddətli müşahidəçiləri Harmurd Rank və Sessiliya Salimark şimal rayonlarına səfərdədirlər. Onlar icra hakimiyyətlərində, dairə komissiyalarında görüşlər keçirir, deputatlığa namizədlər və siyasi partiyaların rayon şöbələrinin rəhbərləri ilə danışıqlar aparırlar.
XS
SM
MD
LG