Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:01

"Qırmızı papaq" Kukla Teatrının səhnəsində


Səs: Real audio
Səfər zamanı 10-a yaxın sənədin imzalanacağı gözlənilir Azərbaycan Dövlət Kukla Teatrı fransız yazıçısı Şarl Perronun “Qırmızı papaq” əsərini səhnələşdirib.



Tamaşanın 21 yaşlı rejissoru Elşad Rəhimzadənin sözlərinə görə, Qırmızı Papaq da daxil olmaqla bir neçə nağıl qəhrəmanının iştirak etdiyi bu tamaşa yeniliklərlə zəngindir:



"Çox müasir tamaşadır. Təkcə kuklalar deyil, aktyorlar da səhnəyə çıxır. Bu yeni tamaşada kuklalarımız da qeyri-adidir. Biz əllə və iplə oynadılan kuklalara adət etmişik, amma bu tamaşada kuklalar aktyorların bədənlərinə tikilib".



Gənc rejissorun hazırladığı bu tamaşa Azərbaycan Dövlət Kukla Teatrında ilk dəfədir səhnələşdirilir. Tamaşanın premyerası oktyabrın 2-də olacaq. Daha sonra isə hər bazar günü tamaşaçıların ixtiyarına veriləcək.
XS
SM
MD
LG