Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

<i>«Xalq Cəbhəsi»:</i> «Kəşfiyyat Departamenti azərbaycanlıların deportasiyasını hazırlayır»


Səs: Real audio
Səfər zamanı 10-a yaxın sənədin imzalanacağı gözlənilir «Üç nöqtə» qəzetində «Qadınların pensiya yaşı 2012-ci ilədək 60 yaşa çatdırılacaq» başlıqlı məqaləsində Rəşad Sadıqov yazır ki, Dövlət Sosial Müdafiə Fondunun hazırladığı "əmək pensiyası haqqında" qanun layihəsi Prezident Aparatına təqdim edilib və müsbət rəy verilib.



Məqalədə bildirilir ki, Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, yeni qanuna əsasən gələn ildən pensiyalar iki hissəsədə müəyyənləşdiriləcək. Burada pensiyalar sosial və baza pensiyaları qrupuna ayrılacaq. Yeni qanun nəzərdə tutulur ki, hazırda qadınlar pensiyaya 55 yaşında çıxsalar da, 6 il ərzində bu, 60 yaşa çatdırılacaq.



«Yeni Azərbaycan» qəzetindəki «Rusiya rəhbərliyi ilə Ermənistan hakimiyyəti arasında ziddiyyətlər var» başlıqlı məqaləsində Aqşin yazır ki, bir müddət öncə Ermənistan prezidenti Robert Koçaryanla Gürcüstan prezidenti Saakaşvili görüşmüşdü. Bu görüşdə Rusiya – Ermənistan münasibətlərinin soyuqlaşması barədə ilkin siqnallar duyulmağa başladı. Koçaryan bəyan etdi ki, Ermənistan Rusiyanın "forpostu" deyil.



Müəllifə görə, Ermənistan dövlət başçısının himayədarı haqqında belə münasibət bildirməsi uğurlu seçim deyildi. Məqalədə bildirilir ki, bu cür bəyanat Rusiya rəsmilərinin xoşuna gəlmədi və ilk siqnal Rusiya Prezident Administrasiyasının idarə rəisi Modes Skolerovdan gəldi. O bəyan etdi ki, Yerevan Dağlıq Qarabağa onun statusunun müəyyənləşdirilməsi işində iştirak etməsində mane olur.



«Xalq Cəbhəsi» qəzetindəki «Kəşfiyyat Departamenti azərbaycanlıların deportasiyasını hazırlayır» başlıqlı məqaləsində Gültəkin yazır ki, bu haqda məlumatı Gürcüstanda çıxan «Yeni düşüncə» qəzetinin redaktoru Niyazi Hüseynov verib.



"Amma Azərbaycan hökuməti ümumiyyətlə, susmağa önəm verir. Müxalifəti isə Gürcüstanın bayrağını əlində möhkəm tutub bu ölkənin rəhbərliyinin demokrat olduğunu söyləyir. Gürcüstandakı azərbaycanlılarla bağlı isə indiyə qədər bir dəfə də olsun məsələ qaldırmayıb".
XS
SM
MD
LG