Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:06
Rubrikalar

Şəkidən deputatlığa namizədlərin radiodebatı


Səs: Real audio
«Hicabsızlara olmadığı kimi, başını bağlayanlara da heç bir qadağa qoyulmamalıdır» "4-cü Parlament"in namizədləri:



- YAP-dan deputatlığa namizəd Gülnaz Salamova;



- Müsavat partiyasından "Azadlıq" blokunun namizədi Hikmət Hacızadə.



Hər ikisi parlamentdə Şəki şəhərini təmsil etmək niyyətindədir.



- Nəyə görə deputat olmaq istəyirsiz?



Gülnaz Salamova: Mənim həyat yolum həmişə seçkili orqanda keçib. 1976-cı ildə institutu bitirmişəm, 5 il müəllimlik fəaliyyətim olub, ondan sonra komsomol işində irəli çəkilmişəm. 1982-ci ildən bu günədək seçkili orqanda işləyirəm. Həyatımı bütünlüklə işə sərf etmişəm, xalqıma, dövlətimə təmənnasız xidmət göstərmişəm. Və istəyirəm ki, indi də Milli Məclisdə xalqıma xidmət edim.



- Yəni xalqa xidmət etmək üçün mütləq parlamentə getmək lazımdır, yoxsa bu sizin üçün sadəcə olaraq növbəti bir mərhələdir?



- Növbəti bir mərhələdir. Bu vaxtadək xalqa xidmətimi öz əməllərimlə, işlərimlə sübut etmişəm. Bu növbəti mərhələni də keçmək istəyirəm. Burada da özümü sınamaq istəyirəm.



Hikmət Hacızadə: Mən ona görə parlamentə getmək istəyirəm ki, bizim ölkənin faciə içində olduğunu görürəm. Mən görürəm ki, bizim ölkə düzgün inkişaf yolunda deyil. Burada haqsızlıq, yoxsulluq hər yerdə var. Bizim ölkə işləmir, sadəcə, neftdən gələn pulları yeyir. Bəs 10-15 ildən sonra neft qurtarandan sonra neyləyəcəyik? Bax, bu məni çox narahat edir. Bu, böyük bir milli problemdir və mən çalışacağam ki, cəmiyyət bu haqda bir az düşünsün. İndi neft pulundan bir az yeyib sakitləşiblər ki, hər şey yaxşıdır, amma bu xaricilər gedəndən sonra nə olacaq? Bütün bu məsələlər məni çox narahat edir və ona görə seçilmək və bu barədə fikirlərimi ictimaiyyətə çatdırmaq istəyirəm.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG