Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:07

<i>«Üç nöqtə»</i>: «Orta məktəblərdə dərslik problemi tamamilə həll edilməyib»


Səs: Real audio
Tahir Tağızadə: "Məsələ qapanıb" «Üç nöqtə» qəzetindəki «Orta məktəblərdə dərslik problemi tamamilə həll edilməyib» başlıqlı məqalədə Yasəmən yazır ki, Təhsil naziri Misir Mərdanov bir müddət əvvəl orta məktəblərdə bütün dərsliklərin şagirdlərə pulsuz paylanacağını bildirib.



Müəllif şəxsi araşdırmasına əsaslanıb yazır ki, bir sıra məktəblərdə nəinki yuxarı, hətta ibtidai sinif şagirdlərinə də bəzi dərsliklər pulla satılır. Məsələ ilə bağlı Təhsil Nazirliyinin açıqlamasında bildirilir ki, ibtidai sinif şagirdlərinə dərsliklərin hamısı pulsuz paylanmalıdır. Yuxarı siniflər üçün isə dərsliklərin bir qismi hələlik pulludur.



«Yeni Azərbaycan» qəzetindəki «Konqresmenlər «erməni soyqırımı»nın lehinə səs veriblər» başlıqlı məqalədə Aqşin yazır ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsi qondarma «erməni soyqırımı»nın tanınmasını nəzərdə tutan iki qanun layihəsini qəbul edib. Komitənin bu addımı Türkiyəyə təzyiq kimi də dəyərləndirilə bilər. ABŞ bununla bildirmək istəyir ki, nə vaxtsa bu qətnamələr yuxarı instansiyada da qəbul edilə bilər.



Müəllif yazır ki, Kaliforniyadan olan konqressmen Tom Landesin məsələyə ikili münasibəti xüsusi maraq doğurur. O, iddia edir ki, Türkiyə ABŞ ordusunun İraqa ərazisindən daxil olmasına imkan vermədiyi üçün Birləşmiş Ştatlar əsgərlərinin qətlinə səbəb olub. Bu səbəbdən də hər iki qanun layihəsi dəstəklənib.
XS
SM
MD
LG