Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:57

“Körpəm” Naxçıvana qastrol səfərinə hazırlaşır


Səs: Real audio
O, hadisəni siyasiləşdirməyin əleyhinədir “Körpəm” Eksperimental Uşaq Teatrı Naxçıvan məktəblərində pulsuz tamaşalar göstərəcək.



Teatrın rəhbəri İntiqam Soltanın sözlərinə görə, teatr truppası Naxçıvana 20-günlük qastrol səfərinə hazırlaşır. Səfər oktyabrın əvvəllərinə planlaşdırılıb. Teatr Naxçıvanın bütün rayon və kəndlərində tamaşa göstərmək niyyətindədir:



"20-günlük bir qastrol planlaşdırırıq və tamaşaları pulsuz oynamaq istəyirik. Hər rayonda 3-4 gün, hər kənddə isə 2-3 tamaşa göstərəcəyik. Hətta iki truppaya bölünmək istəyirik ki, daha səmərəli işləyək".



Tamaşalar məktəblərdə, kənd klublarında və ya rayon mərkəzlərində təşkil olunacaq. İntiqam Soltan məktəblilərin qarşısına bir-birindən fərqli tamaşalarla çıxacaqlarını deyir:



"Müxtəlif tamaşalarımız var. Nağıl tamaşaları, intellektual səviyyəni inkişaf etdirmək üçün tamaşalar, əyləncəli oyunlar və digər bu kimi tamaşalarla çıxış etmək istəyirik. Bütün repertuarımızı özümüzlə götürəcəyik".
XS
SM
MD
LG