Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:58

Norveç səfiri Gəncədə polis təzyiqinə məruz qaldı<p align=`left`><br><br>


Səs: Real audio
O, hadisəni siyasiləşdirməyin əleyhinədir Gəncəyə Norveç Təlim Mərkəzinin açılış mərasiminə gələn Norveçin Azərbaysandakı səfiri Steynar Gil Nizami rayon Polis İdarəsində təzyiqlə üzləşib.



Cənab Gil may ayından fəaliyyət göstərən bu mərkəzin rəsmi açılışını elan etməli idi. Amma açılış mərasiminə gələn səfirə məlumat verildi ki, polis Mərkəzin Puşkin küçəsində yerləşən ofisinin qapılarını bağlayıb.



Steynar Gil məsələyə aydınlıq gətirmək üçün yaxınlıqdakı Nizami rayon Polis İdarəsinə üz tutdu, ancaq burda onun sualını cavablandıran tapılmadı, əksinə, səfir təzyiqlə üzləşdi.



Polislərin onunla rəftarını «xoşagəlməz situasiya» adlandıran səfirin təşəbbüsüylə açılış mərasimi qapısı bağlı ofisin həyətində keçirildi.



Tədbirdən sonra cənab Gil Gəncə şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovla onun iqamətgahında, bağlı qapı arxasında görüş keçirdi. Görüşdən sonra səfir polis idarəsində üzləşdiyi hadisəylə bağlı Eldar Əzizova məlumat verdiyini açıqladı.



Cənab Əzizov səfirə qarşı belə bir hadisənin baş verməsindən təəssüfləndiyini, ancaq burda siyasi notların olmadığını söylədi.



Steynar Gil özünə qarşı hadisə barədə öz ölkəsinə məlumat verməyəcəyini, hadisəni siyasiləşdirmək istəmədiyini bildirdi.



O, Gəncə Kamera Zalında norveç musiqiçilərinin konsertindən sonra «Azadlıq» blokuna daxil olan partiyaların yerli rəhbərləriylə də görüşdü.
XS
SM
MD
LG